Zümər Surəsi 67. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir onların (Ona) qoşduqları şəriklərdən ucadır.
Bünyadov-Məmmədəliyev:
(Müşriklər) Allahı lazımınca qiymətləndirmədilər (uca tutmadılar). Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir (yerin də, göyün hökmü ancaq Allahın əlindədir, bütün kainat Allahın qüdrətinə tabedir). (Allah müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq ucadır!
Elmir Quliyev :
Не ценили они Аллаха должным образом, а ведь вся земля в День воскресения будет всего лишь Пригоршней Его, а небеса будут свернуты Его Десницей. Пречист Он и превыше того, что они приобщают к Нему в сотоварищи.
Ələddin Sultanov:
Onlar Allahı layiqincə tanıyıb qiymətləndirə bilmədilər. Qiyamət günü yer üzü bütövlüklə Onun ixtiyarında olacaq, göylər Onun qüdrəti ilə büküləcəkdir. O, müşriklərin qoşduqları şəriklərdən tamamilə uzaq ucadır.
Kerbelayi Malik ağa:
(Onlar) Allahın qədrini haqqıyla bilmədilər (qiymətləndirmədilər). Qiyamət günü yer üzünün hamısı Onun ovucundadır. Səmalar Onun əliylə bükülmüş olacaq. O, Sübhandır. Onların şirk qoşduqları şeylərdən ucadır.
Ələsgər Musayev:
Onlar Allahın qədrini haqq qədəri ilə bilmədilər. Ərz cəmiyyən qəbzəsindən Onun əlindədir qiyamət günündə səmalar Onun əli altında burulacaqdır. Sübhandır O Alidir nədən ki, şərik qoşurlar!
A.Mehdiyev və D.Cəfərli:
Allahı(n qüdrət əzəmətini hətta insanın öz dərketmə imkanı çərçivəsində) Onun məqamına layiq meyarla ölçmədilər tanımadılar. Halbuki qiyamət günü yer (kürəsi) bütünlüklə Onun (qüdrət) ovucunda olacaq, bütün göylər Onun qüdrətli əli ilə büküləcəkdir. O pakdır Onun şəriki güman edilənlərdən üstündür.
Kövsər Tağıyev:
Allahın qədrini layiqincə bilmədilər. Yer üzü qiyamət günü bütünlüklə Onun əlindədir. Göylər Onun qüdrəti ilə bükülmüşdür. O, onların şərik qoşduqlarından uzaqdır, ucadır.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar Allahı layiqincə qimətləndirmədilər. Halbuki qiyamət günü yer bütövlükdə Onun ovucunda olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. Ona təriflər olsun! O, (müşriklərin) Ona qoşduqları şəriklərdən yüksəkdədir!
Sabirə Dünyamalıyeva:
onlar Allahı layiqincə təqdir etmədilər/qiymətləndirmədilər. yer üzü bütövlüklə, qiyamət günü Onun ovucundadır. Göylər Onun qüdrəti ilə bükülmüşdür. O, onların şərik qoşduqlarından pak çox ucadır.