Mömin Surəsi 67. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra sizi, böyüyüb yetkinlik yaşına çatasınız, daha sonra da qocalasınız deyə uşaq olaraq (ana bətnindən) çıxardan Odur. Hərçənd ki, içərinizdə (qocalmamışdan) əvvəl öldürülənlər var. (Bu ona görədir) ki, müəyyən olunmuş vaxta yetişəsiniz bəlkə, düşünüb daşınasınız.
Bünyadov-Məmmədəliyev:
Sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra (analarınızın bətnindən) uşaq olaraq çıxardan, sonra kamillik çağına çatasınız, daha sonra qocalasınız deyə yaşadan Odur. İçərinizdə daha əvvəl (gənclik, ahıllıq, qocalıq çağlarına yetişmədən) öldürülənlər var. (Bütün bunlar) müəyyən bir vaxta (ömrünüzün sonuna) yetişəsiniz bəlkə, (Allahın vəhdaniyyətini) düşünüb anlayasınız deyə edilir.
Elmir Quliyev :
Он Тот, Кто сотворил вас из земли, потом из капли, потом из сгустка крови. Потом Он выводит вас младенцами, чтобы потом вы могли достигнуть зрелого возраста и чтобы потом вы стали стариками, хотя среди вас есть такие, которых умерщвляют раньше, и чтобы вы достигли назначенного срока. Быть может, вы уразумеете.
Ələddin Sultanov:
Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra sizi (ana bətnindən) uşaq olaraq çıxardan, sonra yetkinlik yaşına çatasınız, sonra da qocalasınız deyə yaşadan Odur. Sizdən kimisi daha əvvəl vəfat edir. Bu ona görədir ki, siz müəyyən bir vaxta qədər yaşayasınız bəlkə (bunları) düşünüb dərk edəsiniz.
Kerbelayi Malik ağa:
O sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaratdı. Sonra sizi uşaq olaraq çıxardar, ən quvvətli çağınıza yetişməyiniz daha sonra da qocalmağınız üçün sizdən bir qismi, qocalmadan əvvəl vəfat etdirilər (bir qisminizin də) müəyyən olunmuş bir müddətə çatmağınız üçün. Ola bilsin ki, siz beləcə düşünüb anlayarsınız.
Ələsgər Musayev:
O Odur ki, xəlq etdi sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan. Sonra çıxartdı sizi tifil ikən, sonra yetişmək üçün şiddətliyinizə. Sonra ondan ötrü ki, şeyx olasınız. Sizdən kim ki, vəfat edər qabaqcadan çatmağınız üçün əcələ toxunana ola ki, əql edəsiniz.
A.Mehdiyev və D.Cəfərli:
Sizi (baba nənənizi ilk olaraq möcüzəvi şəkildə, onların nəsli olan sizləri isə ana bətninə daxil olmamışdan bir sıra mərhələləri keçərək) torpaqdan, sonra nütfədən, daha sonra laxtalanmış qan parçasından yaradan Odur. Sonra sizi (ana bətnindən) uşaq ikən çıxardır. Sonra öz (cismi ruhi) kamal həddinizə çatasınız deyə (sizi diri saxlayır). Sonra qocalasınız deyə (sizi yaşadır). Sizdən bəzisi ondan (uşaqlıq, həddi-büluğ qocalıq mərhələlərindən) qabaq vəfat edir. (bu möhlət) müəyyən müddətə (ilahi elmdən keçmiş Lövhi-Məhfuzda qeyd edilmiş müddətə) çatmağınız üçündür onun üçündür ki, (yaradılışın başlanğıcı təkmül hərəkətinizin gedişi barəsində) düşünəsiniz.
Kövsər Tağıyev:
O, sizi (əvvəlcə) torpaqdan, sonra az bir sudan (mənidən), sonra ələqədən yaradan, sonra sizi (ana rəhmindən) uşaq olaraq çıxaran, sonra yetkinlik çağına çatmanız, sonra da ixtiyarlıq çağına çatasınız deyə sizi yaşadandır. Aranızdan daha əvvəl ölənlər var. Allah bunları müəyyən bir vaxta çatasınız düşünəsiniz deyə edər.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizi torpaqdan, sonra nütfədən, sonra döllənmiş toxumdan xəlq edən, sonra sizi həddi-buluğa çatmanız üçün, sonra qocalmanız üçün sizi körpə uşaq olaraq çıxaran Odur. Sizlərdən daha öncə öldürülən var. (Bütün bunlar ona görə edilir) ki, siz müəyyən olunmuş vaxta çatasınız ki, bəlkə düşünüb-daşınasınız.
Sabirə Dünyamalıyeva:
O, sonra güclü-qüvvəli bir çağa yetişməyiniz, sonra da qocalmağınız, müəyyən bir müddətə çatmağınız ağılınızı işlətməyiniz üçün sizi torpaqdan, sonra bir nütfədən, sonra bir embriondan əmələ gətirəndir. - Sonra O, sizi zəif, balaca bir uşaq olaraq çıxarar. Sizlərdən bəziləri də, daha əvvəl vəfat[#257] etdirilir; keçmişdə etdikləriniz etməli olduğunuz halda etmədiklərinin bir-bir xatırladılır.