Məryəm Surəsi 68. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Rəbbinə and olsun ki, Biz onları şeytanlarla birlikdə bir yerə toplayacaq, sonra da onları diz üstə çökmüş halda Cəhənnəmin ətrafına yerləşdirəcəyik.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Rəbbinə and olsun ki, Biz onları (özlərinə dost tutduqları) şeytanlarla birlikdə yığıb məhşərə gətirəcək, sonra onları (qorxudan ayaq üstə dura bilməyib) diz üstə çökmüş halda Cəhənnəmin ətrafına düzəcəyik.
Elmir Quliyev :
Клянусь твоим Господом, Мы непременно соберем их и дьяволов, а затем поставим их вокруг Геенны на колени.
Ələddin Sultanov:
Rəbbinə and olsun ki, onları şeytanları bir yerə toplayacağıq. Sonra onları diz çökmüş bir vəziyyətdə cəhənnəmin ətrafına gətirəcəyik.
Kerbelayi Malik ağa:
Rəbbinə and olsun ki, sonra da onları şeytanları mütləq həşr edəcəyik (toplayacağıq). Sonra onları cəhənnəmin ətrafında diz üstə çökmüş olaraq hazır edəcəyik.
Ələsgər Musayev:
Rəbbinə and olsun ki, cəm edərik onları şeytanları, sonra onları cəhənnəmin ətrafına dövrələyərik dizləri üstə çökmüş halda.
A.Mehdiyev və D.Cəfərli:
Buna görə and olsun Rəbbinə ki, şübhəsiz, onları şeytanları ilə (birlikdə Məhşər səhnəsinə) toplayacaq, sonra isə (əzabın çoxluğundan) diz çökdükləri halda dəstə-dəstə Cəhənnəmin dövrəsinə gətirəcəyik.
Kövsər Tağıyev:
Rəbbinə and olsun, onları mütləq şeytanlarla birlikdə həşr edəcəyik. Sonra onları cəhənnəmin ətrafında diz üstə hazır gözlədəcəyik.
M.Qənioğlu və T.Bilaloğlu:
Sənin Rəbbinə and olsun ki, Biz onları şeytanları bir yerə toplayacağıq. Sonra isə Biz onları cəhənnəmin ətrafında diz üstə hazır durmuş edəcəyik.
Sabirə Dünyamalıyeva:
Buna görə, Rəbbinə and olsun ki, Biz onları şeytanları mütləq bir yerə yığacağıq. Sonra onları dizləri üstünə çökmüş halda cəhənnəmin xarici kənarında/yığışma sahəsində cəm edəcəyik.