Möminun Surəsi 68. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər (kafirlər) bu Söz (Quran) haqqında düşünmürlərmi? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi?
Bünyadov-Məmmədəliyev:
Məgər (müşriklər) kəlam (Allah kəlamı - Quran) haqqında düşünüb daşınmırlarmı? Yaxud onlara ulu babalarına (keçmiş ümmətlərinə) gəlməyən bir şey gəldi? (Onlar Quranın, Peyğəmbərin haqq olduğunu niyə anlamırlar? Məgər ulu babalarına İbrahim, İsmail, Musa kimi peyğəmbərlər gəlmədimi? Yaxud onlara Tövrat, Sühüf kimi kitablar nazil olmadımı?)
Elmir Quliyev :
Неужели они не задумываются над Словом? Или же к ним явилось то, что не приходило к их праотцам?
Ələddin Sultanov:
Onlar sözü (Quranı) heç düşünmürlərmi? Yoxsa onlara ata-babalarına gəlməyən bir şeymi gəldi?
Kerbelayi Malik ağa:
Onlar hələ sözü anlamadılarmı? Yoxsa onlara atalarına gəlməmiş olan bir şeymi gəldi?
Ələsgər Musayev:
Ə, bu sözlərə dərin fikir vermirlərmi, yoxsa gəldi onlara ki, əvvəlki atalarına gəlməyib?
A.Mehdiyev və D.Cəfərli:
Belə isə heç bu kəlam (Qur’an) barəsində (onun insanın qüdrətindən xaric möcüzəvi bir söz olması haqqında) düşünüb fikirləşmədilər? Yoxsa onlara, keçmiş atalarına gəlməyən bir şey gəlib?
Kövsər Tağıyev:
Onlar bu sözü (Qur`anı) heç düşünmədilərmi? Yoxsa onlara keçmiş ata-babalarına gəlməyən bir şey gəldi?
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar bu kəlam [Quran] haqqında dərindən düşünməzlərmi? Yoxsa ata- babalarına gəlməyən bir şey onlara gəlmişdir?
Sabirə Dünyamalıyeva:
Onlar, Quranı heç düşünmürlərmi? Yoxsa onlara, daha əvvəl ulu babalarına gəlməyən bir şey gəldi?