Əlixan Musayev:
Allaha qarşı yalan uyduran və yaxud özünə haqq gəldikdə onu yalan sayan kəsdən daha zalım kim ola bilər? Cəhənnəmdə kafirlər üçün yermi yoxdur?
Bünyadov-Məmmədəliyev:
Allaha qarşı yalan uydurub düzəldən (Allaha şərik qoşan), özünə haqq (Quran və peyğəmbər) gəldikdə onu təkzib edən kəsdən daha zalım kim ola bilər?! Məgər kafirlər üçün Cəhənnəmdə yer yoxdur? (Əlbəttə, vardır! Niyə bunu dərk etmirlər?)
Elmir Quliyev
:
Кто может быть несправедливее того, кто возводит навет на Аллаха или считает ложью истину, которая явилась к нему? Разве не в Геенне будет обитель неверующих?
Ələddin Sultanov:
Allaha qarşı yalan uyduran, yaxud özünə haqq gəldiyi zaman onu yalanlayan kimsədən daha zalım kim ola bilər? Kafirlər üçün cəhənnəmdə yermi yoxdur?!
Kerbelayi Malik ağa:
Allaha yalandan iftira edəndən və ya ona haqq gəldiyi zaman onu təkzib edəndən (yalanlayandan) daha zalım kim vardır? Kafirlər üçün sığınacaq cəhənnəmdədir, elə deyilmi?
Ələsgər Musayev:
Kimdir zalim o kəsdən ki, iftira etdi Allahın üzərinə yalanı, yaxud yalan saydı haqqı, amma elə ki, gəldi o? Ə, yoxdurmu cəhənnəmdə yer kafirlər üçün?
A.Mehdiyev və D.Cəfərli:
Allaha qarşı yalan uydurandan (Allah bütləri özünə şərik, şəfaət edən qərar vermişdir deyən kəsdən), yaxud haqq (Peyğəmbərin nübuvvəti və kitabı) ona yetişdikdə təkzib edəndən də daha zalım kimdir?! Məgər Cəhənnəmdə kafirlər üçün qalacaq yer yoxdur?
Kövsər Tağıyev:
Allaha qarşı yalan uyduran yaxud haqq ona gəldiyi zaman onu təkzib edəndən daha zalım kim ola bilər? Cəhənnəmdə kafirlər üçün yermi yoxdur?
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha qarşı yalan uydurandan və ya özünə gələndə onu yalan hesab edəndən daha haqsızı kimdir? Məgər kafirlər üçün cəhənnəmdə yermi olmayacaqdır?
Sabirə Dünyamalıyeva:
Və Allaha qarşı yalan uyduran və yaxud özünə haqq gəldikdə, haqqı təkzib edən edən kəsdən daha səhv; öz zərərinə olan əməli işləyən kim ola bilər? Məgər kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] üçün Cəhənnəmdə yer yoxdur?!