Əlixan Musayev:
Ali toplum mübahisə apararkən mənim onlardan heç bir xəbərim yox idi.
Bünyadov-Məmmədəliyev:
(Mələklər Adəmin yaradılması barədə Allahla) mübahisə apararkən mənim yuxarı aləmdən heç bir xəbərim yox idi.
Elmir Quliyev
:
У меня не было знания о том, как препирались в высшем сонме.
Ələddin Sultanov:
Onlar (orada) mübahisə edərkən uca məclisdən (mələklər məclisindən) mənim heç bir məlumatım yox idi.
Kerbelayi Malik ağa:
Mələil Al'a'da onlar mübahisə edərkən mənim bir bilgim yox idi.
Ələsgər Musayev:
Mənim yuxarı aləmdən
elmim olmadı – onda onlar xosunlaşırlar.
A.Mehdiyev və D.Cəfərli:
Mənim (bundan əvvəl) yuxarı aləm barəsində (oradakı söhbətlər və oranın mələklərinin) bir-birləri ilə (Adəmin yaradılışı haqqında) mübahisə edərkən (danışıqlarından) heç bir məlumatım yox idi.
Kövsər Tağıyev:
De ki: “Bu Qur`an böyük bir xəbərdir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Uca varlıqlar [mələklər] mübahisə apararkən mənim onlardan heç bir xəbərim yox idi.
Sabirə Dünyamalıyeva:
Onlar bir-biriylə mübahisə edərkən, mənim, ən uca şeylərin doldurulduğu anbara; Qurana dair bir məlumatım yox idi.