Əlixan Musayev:
Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, (əməllər yazılmış) kitab (hər kəsin qarşısına) qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir.
Bünyadov-Məmmədəliyev:
Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab (ortaya) qoyulacaq (hərənin əməl dəftəri öz əlinə veriləcəkdir), peyğəmbərlər və şahidlər (əməlisaleh insanlar və ya mələklər araya) gətiriləcək, onlar (bəndələr) arasında ədalətlə hökm olunacaq və onlara haqsızlıq edilməyəcəkdir!
Elmir Quliyev
:
Земля озарится светом своего Господа. Будет положено Писание, и будут приведены пророки и свидетели. Между ними рассудят по справедливости, и с ними не поступят несправедливо.
Ələddin Sultanov:
Yer Rəbbinin nuru ilə aydınlanacaq, əməl dəftəri ortaya qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəklər. Onlar arasında ədalətlə hökm veriləcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir.
Kerbelayi Malik ağa:
Rəbbinin nuru ilə yer üzü işıqlandı. Kitab ortaya qoyuldu. Peyğəmbərlər və şahidlər gətirildi. Onların aralarında onlara zülm edilmədən haqq ilə hökm verildi.
Ələsgər Musayev:
Və ərz şəfəq salacaq nuru ilə öz
Rəbbinin və kitab qoyulmuş olacaq və gətiriləcək nəbilər və
şahidlər və həll olunacaq onlar arasında haqq ilə və onlara zülm
olunmayacaq.
A.Mehdiyev və D.Cəfərli:
(Həmin gün) yer (üzü) öz Rəbbinin nuru (həmin gün üçün yaradılmış xüsusi nur) ilə işıqlanacaq (Məhşər əhlinin əməllərinin də dərc edildiyi böyük) kitab (Lövhi-Məhfuz bir tərəfə) qoyulacaq. Və bütün peyğəmbərlər və (əməllərin məsumlar, mələklər və təqvalılardan ibarət) şahidlər(i) gətiriləcək, onların (Məhşər əhlinin) arasında haqq əsasında hökm çıxarılacaq və onlara zülm edilməyəcək, haqları kəsilməyəcək.
Kövsər Tağıyev:
Yer üzü Rəbbinin nuru ilə aydınlanar. Kitab (əməl dəftərləri) ortaya qoyular. Peyğəmbərlər və şahidlər gətirilər və haqsızlığa məruz qalmadan aralarında ədalətlə hökm verilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, əməl kitabı (ortaya) qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəklər. Onlann arasında haqq ilə hökm veriləcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir.
Sabirə Dünyamalıyeva:
Və o günkü yer üzü Rəbbinin nuru ilə işıqlanmış, kitab qoyulmuş, peyğəmbərlər və şahidlər gətirilmiş və aralarında ədalətlə qərar verilmişdir. Və onlara haqsızlıq edilməz.