Əlixan Musayev:
Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Quranın əslini, əsasını təşkil edən) möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “ Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər.
Elmir Quliyev
:
Он — Тот, Кто ниспослал тебе Писание, в котором есть ясно изложенные аяты, составляющие мать Писания, а также другие аяты — иносказательные. Те, чьи сердца уклоняются в сторону, следуют за иносказательным, желая посеять смуту и добиться толкования, хотя толкования этого не знает никто, кроме Аллаха. А те, кто обладает основательными знаниями, говорят: "Мы уверовали в него (Коран). Все это — от нашего Господа". Но поминают назидание только обладающие разумом.
Ələddin Sultanov:
Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun bir hissəsi möhkəm (mənası aydın olan) ayələrdir. Onlar Kitabın əsasıdır. Digər qismi isə mütəşabeh (mənası dəqiq bilinməyən) ayələrdir. Ancaq qəlblərində əyrilik olan kimsələr, fitnə salmaq və onu yozmaq üçün ondakı mütəşabeh ayələrin arxasınca gedərlər. Halbuki, onun yozumunu, Allahdan başqa heç kəs bilə bilməz. Elmdə yüksək dərəcəyə çatmış olanlar isə: “Onlara iman etdik. Hamısı Rəbbimizdəndir”, - deyərlər. Ağıl sahiblərindən başqası (bunu) dərk etməz.
Kerbelayi Malik ağa:
Kitabı sənə endirən Odur. Onun bir qismi möhkəm (hökm ehtiva edən, mənası açıq olan) ayələrdir, onlar Kitabın əsasıdır və digərləri mütəşabihdir (izaha ehtiyac duyulan ayələrdir). Lakin qəlblərində əyrilik (batilə meyli) olanlar, bu səbəblə mütəşabih olanlara (izahat tələb edən ayələrə) tabe olarlar. Ondan fitnə çıxarmaq üçün onu açıqlamaq istəyərlər. Onun açıqlamasını Allahdan başqa kimsə bilməz və elmdə rüsuh sahibləri isə: ‘Biz Ona iman etdik, hamısı Rəbbimizin dərgahındandır’ deyərlər. Onlar da təzəkkür edə bilməzlər, yalnız Üluləlbab (daimi zikrin və sirlərin sahibləri) təzəkkür edə bilər.
Ələsgər Musayev:
O -
Odur ki, nazil etdi sənin üzərinə kitabı. Ondan ayətlər var ki,
möhkəm – kitabın anasıdır və o birilər isə mütəşabehdir. Və
amma o kəslər ki, qəlblərində əyrilik var, tabe olarlar ondan
mütəşabeh olana, çalışaraq sınağa və çalışaraq onun təvilinə.
Bilməz onun təvilini Allahdan başqası. Və elmdə rasix olanlar
deyirlər: «Biz inandıq onun ilə. Küllisi Rəbbimizin
yanındandır». Və bunu yad edirlər ancaq ağıl sahibləri!
A.Mehdiyev və D.Cəfərli:
Bu kitab? s?n? nazil ed?n Odur. Onun (kitab?n) bir hiss?si k?lm?l?ri askar (v? m?nas? ayd?n) olan «mohk?m» ay?l?rdir ki, onlar kitab?n ?sas? v? anas?d?rlar (basqa ay?l?rd? olan qaranl?q m?qamlar onlar?n vasit?si il? aradan qald?r?l?r). Dig?r bir hiss?si «mut?sabih» (bir nec? m?nas? olan) ay?l?rdir (v? onlar?n m?nas? m?zmununun genisliyi, m?fhumunun d?rinliyi v? ondan n?z?rd? tutulan m?qs?dl?rin coxlugu s?b?bind?n ilk n?z?rd? ayd?n deyildir v? onlar «mohk?m» ay?l?rin v? saglam agl?n kom?yi il? t?fsir olunmal?d?rlar). Amma q?lbl?rind? (haqdan) donukluk olan k?sl?r, fitn?karl?q v? t?vil etm?k (duzgun olmayan m?na verm?k) ucun bu kitab?n mut?sabihin? tabe olarlar. Halbuki, onun t?'vilini (v? h?qiqi m?nas?n?n n? oldugunu) Allahdan basqa hec k?s bilmir. Elmd? quvv?tli olanlar (is?) dey?rl?r: «Biz (mohk?m v? mut?sabih olmas?ndan v? bizim m?nas?n? bilib bilm?m?yimizd?n as?l? olmayaraq) ona iman g?tirdik, (onun) ham?s? bizim R?bbimiz t?r?find?ndir». (Bunu) saglam ag?l sahibl?rind?n basqa hec k?s basa dusm?z.
Kövsər Tağıyev:
O, sənə Kitabı endirəndir. Onun (Qur`anın) bəzi ayələri möhkəmdir, onlar kitabın anasıdır. Digərləri isə mütəşabihdir. Qəlblərində bir əyrilik olanlar, fitnə salmaq və onu ağlasığmaz şəkildə yozmaq üçün mütəşabih ayələrin üstünə düşərlər. Halbuki onun həqiqi mənasını yalnız Allah bilir. Elmdə dərinləşmiş kəslər: “Ona inandıq, hamısı Rəbbimizin qatındandır”, – deyərlər. (Bu incəliyi) yalnız ağıl sahibləri düşünüb qavrayar.
M.Qənioğlu və T.Bilaloğlu:
Kitabı sənə nazil edən Odur. Orada qəti mənalı ayələr vardır ki, bunlar Kitabın əsasıdır. Başqa ayələr isə oxşar mənalıdır. Qəlblərində sapma meyli olanlar fitnə-fəsad törətmək, (istədikləri kimi) izah etmək arzusu ilə oxşar mənalıya uyurlar. Allahdan başqa isə onun izahını heç kəs bilməz. Bilikdə möhkəm olanlar deyərlər: "Biz Ona inandıq, hamısı Rəbbimizdəndir." Bunu ancaq ağıl sahibləri anlayarlar
Sabirə Dünyamalıyeva:
Allah, sənə bu kitabı nazil edəndir. Bu kitabdan bir hissəsi qanunları ehtiva edən ayələrdir ki, bunlar kitabın anasıdır. Digərləri də oxşar mənalı ayələrdi. Ancaq bu vəziyyətdə, qəlblərində dönüklük/şəkk-şübhə olan kəslər, insanları dindən çıxarmaq, şərik qoşmağa sövq etmək və onun mənalarından ən uyğun olanı müəyyənləşdirməyə çalışmaq məqsədi ilə dərhal ondakı oxşar mənalı ayələrin arxasınca gedərlər. Halbuki onun mənalarından ən uyğun olanını ancaq Allah və: -"Biz buna inandıq, hamısı Rəbbimizin dərgahındandır." deyən- o elmdə qüvvətli olanlar bilər. Və yalnız qavrama qabiliyyəti olanlar öyüd alar.