Şura Surəsi 7. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Beləliklə, Biz sənə ərəbcə Quran vəhy etdik ki, şəhərlər anası (Məkkə) (əhlini) onun ətrafındakıları xəbərdar edəsən barəsində heç bir şübhə doğurmayan məhşər gününü yadlarına salasan. (İnsanların) bir qismi Cənnətdə, digər qismi isə Odda olacaqdır.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Şəhərlərin anası (olan Məkkə) əhlini onun ətrafındakıları (bütün başqa insanları) haqqında heç bir şübhə olmayan (bütün məxluqatın bir yerə cəm olacağı) toplanış (qiyamət) günü ilə qorxutmağın üçün beləcə sənə ərəbcə Quran vəhy etdik. (Axirətdə insanların) bir qismi (möminlər) Cənnətdə, bir qismi (kafirlər) isə Cəhənnəmdə olacaqdır!
Elmir Quliyev :
Так Мы внушили тебе в откровении Коран на арабском языке, чтобы ты предостерегал Мать селений (жителей Мекки) и тех, кто вокруг нее, и предостерегал от Дня собрания, в котором нет сомнения. Одна часть людей окажется в Раю, а другая часть в Пламени.
Ələddin Sultanov:
Beləcə, şəhərlərin anası (olan Məkkənin əhalisini) onun ətrafındakıları xəbərdar edəsən haqqında heç bir şübhə olmayan toplanış günü ilə (onları) qorxudasan deyə sənə ərəbcə bir Quran vəhy etdik. İnsanların bir qismi cənnətdə, bir qismi isə cəhənnəmdə olacaqdır.
Kerbelayi Malik ağa:
Beləcə Biz sənə Ərəbcə Quranı vəhy etdik ki, şəhərlərin anasını (Məkkə xalqını) onun ətrafındakıları haqqında şübhə olmayan toplanma günü (qiyamət günü) ilə xəbərdar edəsən. Onların bir qismi cənnətdə bir qismi cəhənnəmdədir.
Ələsgər Musayev:
Belə vəhy edirik sənə Qur’anı ərəbi olanı, nəzərinə çatdırmağın üçün şəhərlər anasını kim ki, ətrafında onun. Nəzərə çatdırasan cəm olma günü ilə ki, onda şübhə yoxdur. Bir dəstə cənnətdə bir dəstə odda olacaq.
A.Mehdiyev və D.Cəfərli:
beləcə biz sənə ərəbcə bir Qur’an vəhy etdik ki, Ummul-qura (Məkkə) onun ətrafındakılara (həm vəhyin mərkəzinin, həm dünyanın digər cəmiyyətlərin insanlarına) xəbərdarlıq edəsən barəsində şübhə olmayan toplantı günündən (Bərzəx ruhlarının bədənlərlə, ilk insanların son insanlarla, insanların cin şeytanlarla, boynunda vəzifə olanların öz əməlləri ilə, əməl sahiblərinin əməllərinin cəzası ilə bir yerə toplanacağı gün ilə) qorxudasan. Bir dəstə Cənnətdədir, bir dəstə alovlu odda.
Kövsər Tağıyev:
Beləliklə, biz sənə ərəbcə bir Qur`an vəhy etdik ki, şəhərlərin anası olan Məkkədə ətrafında olanları xəbərdar edəsən. Haqqında əsla şübhə olmayan toplanma günü ilə onları xəbərdar edəsən. Bir zümrə cənnətdə, bir zümrə isə cəhənnəmdədir.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz beləcə sənə ərəbcə Quranı vəhy etdik ki, sən şəhərlər anasına [Məkkəyə] onun ətrafındakılara öyüd-nəsihət verəsən, heç bir şəkk- şübhəsi olmayan insanların bir yerə toplanacaqları qiyamət günü barəsində xəbərdar edəsən. (O gün insanların) bir hissəsi cənnətdə, bir hissəsi cəhənnəmdə olacaqdır.
Sabirə Dünyamalıyeva:
Bax budur, beləcə, Biz şəhərlərin anasını onun hüdudlarından kənardakıları xəbərdar edəsən özündə heç şübhə olmayan toplanma günü ilə xəbərdar edəsən deyə, sənə Ərəbcə bir Quran vəhy etdik. Bir qrup cənnətdədir, bir qrup da cəhənnəmdədir.