Əlixan Musayev:
Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, (onların) dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, (Allah) onların yanındadır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Məgər görmürsənmi ki, Allah göylərdə və yerdə nə varsa, (hamısını) bilir. Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altıncısı Odur. Onlar bundan az da, çox da olsalar və harada olsalar, (Allah) yenə də onların yanındadır. Sonra qiyamət günü (Allah) onlara etdikləri əməlləri (bir-bir) xəbər verəcəkdir. Allah hər şeyi biləndir!
Elmir Quliyev
:
Разве ты не знаешь, что Аллаху ведомо то, что на небесах, и то, что на земле? Не бывает тайной беседы между тремя, чтобы Он не был четвертым; или между пятью, чтобы Он не был шестым. Больше их или меньше — Он всегда с ними, где бы они ни были. А потом, в День воскресения, Он поведает им о том, что они совершили. Воистину, Аллах знает о всякой вещи.
Ələddin Sultanov:
Görmədinmi ki, Allah göylərdə və yerdə nə varsa, hamısını bilir. Üç nəfər gizli söhbət etsələr, dördüncüsü mütləq Odur. Beş nəfər gizli söhbət etsələr, altıncısı mütləq Odur. Bundan daha az, yaxud daha çox olsunlar və harada olursa olsunlar, Allah onlarla birlikdədir. Sonra qiyamət günü Allah etdikləri əməlləri onlara xəbər verəcəkdir. Həqiqətən, Allah hər şeyi biləndir.
Kerbelayi Malik ağa:
Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmədinmi? Üç adam arasında gizli bir danışma olmaz ki, onların dördüncüsü O (Allah) olmasın. Beş adam (arasında gizli bir danışma) olmaz ki, onların altıncısı O (Allah) olmasın. Bundan daha azı və ya daha çoxu, harada olurlarsa olsunlar, mütləq O (Allah), onlarla bərabərdir. Sonra qiyamət günü etdiklərini onlara xəbər verəcək. Şübhəsiz ki, Allah hər şeyi ən yaxşı biləndir.
Ələsgər Musayev:
Ə, görmürsənmi ki, Allah bilir nə ki, səmalarda və nə ki,
ərzdə var? Hər gizli sözü ki, üç nəfər bir-biri ilə danışalar, O
dördüncüsüdür onların. Əgər beş nəfər gizlində danışalar, O
altıncısıdır onların. Bu saydan az ola, ya çox və hər yerdə
olsalar, O onlarladır. Sonra qiyamət günü xəbər verəcək onlara
nə ilə ki, əməl etdilər. Həqiqətən, Allah küllisi ilə şeyin
Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Məgər (qəlb gözü ilə) görmədinmi ki, Allah göylərdə və yerdə nə varsa hamısını bilir? Üç nəfər arasında elə bir pıçıltılı və gizli söhbət baş verməz ki, O, onların dördüncüsü olmasın və nə də beş nəfər arasında ki, O, onların altıncısı olmasın. Onlar bundan az və çox olsalar da, harada olsalar belə, O (Allah) onlarladır. Sonra – Qiyamət günü – hamıya etdiklərini xəbər verəcəkdir. Həqiqətən, Allah hər şeyi biləndir.
Kövsər Tağıyev:
Göylərdəki və yerdəki hər şeyi Allahın bildiyini görmürsənmi? Gizlicə danışan üç nəfər yoxdur ki, dördüncüsü O olmasın. Gizlicə danışan beş nəfər yoxdur ki, altıncısı O olmasın. Bundan daha az yaxud daha çox da olsalar, harada olurlarsa, olsunlar O mütləq onlarla birlikdədir. Sonra onlara etdiklərini qiyamət günü xəbər verəcək. Allah hər şeyi haqqı ilə bilir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin elə xəlvət söhbəti olmur ki, dördüncüsü Allah olmasın, beş nəfərin də (elə söhbəti olmur) ki, onların altıncısı O olmasın. Bunlardan az da, çox da olsalar, harda olurlar - olsunlar, Allah mütləq onlarladır. Sonra isə O qiyamət günü onların əməllərindən özlərinə xəbər verəcəkdir. Şübhəsiz Allah hər şeyi bilir.
Sabirə Dünyamalıyeva:
Göylərdə olan şeyləri və yer üzündə olan şeyləri Allahın bildiyini görmədinmi/heç düşünmədinmi? Üç adamın gizli danışdığı yerdə, dördüncü mütləq Odur. Beşdə də altıncı mütləq Odur. Bundan az və ya çox da olsalar və harada olurlarsa olsunlar O, həqiqətən onların yanındadır. Sonra qiyamət günündə onlara etdikləri şeyləri xəbər verəcək. Şübhəsiz ki, Allah hər şeyi ən yaxşı biləndir.