Həşr Surəsi 7. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allahın Öz Peyğəmbərinə kəndlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, qohum-əqrəbaya, yetimlərə, yoxsullara müsafirlərə məxsus edilmişdir ki, o, aranızdakı zənginlərin dövləti olub qalmasın. Peyğəmbər sizə verirsə, onu götürün, nəyi qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.
Bünyadov-Məmmədəliyev:
Allah Öz Peyğəmbərinə (fəth olunmuş) məmləkətlərin əhalisindən (dinc yolla) verdiyi qənimət Allaha, Peyğəmbərə, (Muhəmməd əleyhissəlama yaxın olan) qohum-əqrəbaya, yetimlərə, yoxsullara (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara) məxsusdur. Bu ona görədir ki, (həmin mal-dövlət) içərinizdəki zənginlər arasında əldən-ələ dolaşan bir sərvət olmasın (ondan yoxsullar da faydalansın). Peyğəmbər sizə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.
Elmir Quliyev :
Добыча, которую Аллах вернул Своему Посланнику от жителей селений, принадлежит Аллаху, Посланнику, родственникам Пророка, сиротам, бедным и путникам, дабы не досталась она богатым среди вас. Берите же то, что дал вам Посланник, и сторонитесь того, что он запретил вам. Бойтесь Аллаха, ведь Аллах суров в наказании.
Ələddin Sultanov:
Allahın (fəth edilən) məmləkətlərin xalqından Peyğəmbərinə verdiyi qənimətlər sizdən zəngin olanlar arasındakı bir sərvətə çevrilməsin deyə Allaha, Peyğəmbərə, qohumlarına, yetimlərə, yoxsullara yolda qalmış yolçulara məxsusdur. Peyğəmbər sizə verirsə, onu alın, nəyi qadağan edirsə, ondan uzaq durun! Allahdan qorxun! Şübhəsiz ki, Allahın cəzalandırması şiddətlidir.
Kerbelayi Malik ağa:
Allahın o şəhər xalqının (malından) rəsuluna verdiyi qənimət (döyüşsüz əldə edilən qənimət), artıq Allahın, rəsulunun, ona yaxınlığı olanların, yetimlərin yoxsulların yolçularındır. (Bu) içinizdən zəngin olanların arasında əldən-ələ gəzən bir mal (sərvət) olmaması üçündür. Rəsul sizə vərdisə, o zaman onu alın. O, sizə nəyi qadağan etdisə, o təqdirdə ondan çəkinin. Allaha qarşı təqva sahibi olun. Şübhəsiz ki, Allah əzabı şiddətli olandır.
Ələsgər Musayev:
Hər ki, Allah Öz rəsuluna verdi kəndlərin əhlindən, Allah Onun rəsulu yaxınlar, yetimlər miskinlər yol oğlu üçündür. Olmasın dövlət arasında varlıların sizdən. ki, verdi sizə rəsul, onda onu alın, nəyi ki, sizə o, qadağan etdi, ondan özünüzü saxlayın qorxun Allahdan, həqiqətən, Allah şiddətlidir iqaba!
A.Mehdiyev və D.Cəfərli:
Allahın şəhər kəndlərin əhalisinin mallarından («Fəy» şəklində qənimət olaraq) Öz Rəsuluna qaytardığı şeylər Allaha Rəsuluna, onun yaxın qohumlarına, yetimlərə, miskinlərə yolda qalanlara məxsusdur (İslamın ya müsəlmanların din dünyalarında hər hansı bir lazimi işin həll olunması üçün ehtiyac olan şeylər üçündür). Bu ona görədir ki, (həmin şeylər) sizin sərvətliləriniz arasında əldən-ələ düşməsin Bizim Rəsulumuz sizə verirsə (hökmlər, maarif malları) götürün sizə nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun ki, Allah şiddətli cəza verəndir.
Kövsər Tağıyev:
(Fəth olunan) məmləkətlərin əhalisindən Allahın öz Peyğəmbərinə savaşmadan qazandırdığı mallar Allaha, Peyğəmbərə, onun yaxınlarına, yetimlərə, yoxsullara yolda qalanlara aiddir. O mallar sizdən sadəcə zənginlər arasında dolaşan bir sərvət (və güc) olmasın deyə (Allah belə hökm vermişdir). Peyğəmbər sizə verdisə, onu alın, nəyi sizə qadağan etdisə, ondan əl çəkin. Allaha qarşı gəlməkdən çəkinin. Şübhəsiz, Allahın əzabı şiddətlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın (fəth edilən) məmləkətlərin əhalisindən Öz peyğəmbərinə verdiyi qənimətlər Allah, peyğəmbər, yaxın kəslər, yetimlər, yoxsullar yolçular üçündür. Belə ki, o qənimətlər içərinizdəki varlıların mal-dövləti olub qalmasın. Peyğəmbər sizə verdisə onu götürün, sizə nəyi qadağan etdisə ondan özünüzü saxlayın. Allahdan qorxun, axı Allah şiddətli cəza verəndir.
Sabirə Dünyamalıyeva:
Allahın, o şəhərin əhalisindən, Elçisinə verdiyi "fəy"lər [döyüşmədən, əziyyətsiz əldə edilən gəlirlər] içərinizdəki zənginlər arasında dövlət olmasın; gücün gətirdiyi rifah olmasın deyə, Allaha, Elçiyə, yaxın olanlara; yoxsul mühacirlərə -onlar ki, Allahın lütfünü rizasını axtararkən yurdlarından mallarından çıxarılmışdırlar,