Ənam Surəsi 7. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər sənə kağız üzərində bir yazı nazil etsəydik onlar da əlləri ilə ona toxunsaydılar, kafir olanlar (yenə də): “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!”- deyərdilər.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Əgər sənə kağız üzərində (yazılı) bir kitab nazil etsəydik onlar əlləri ilə ona toxunmuş olsaydılar belə, kafirlər yenə də: “Bu, açıq-aydın bir sehrdir”, - deyərdilər.
Elmir Quliyev :
Если бы даже Мы ниспослали тебе Писание на бумаге, и они прикоснулись бы к ней своими руками, неверующие все равно бы сказали: "Это очевидное колдовство".
Ələddin Sultanov:
Əgər sənə kağız üstünə yazılmış bir kitab nazil etsəydik onlar əlləri ilə ona toxunsaydılar, inkar edənlər yenə də: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir”, - deyərdilər. (Qurani-Kərim Həzrət Peyğəmbərə (s.ə.s.) ya Cəbrail vasitəsilə, ya da vasitəsiz vəhy yolu ilə nazil olmuşdur. Hər iki halda da ayələr yazılmış surətdə yox, Peyğəmbərə vəhy edilərək qəlbinə yerləşdirilmişdir. Bəzi kafirlər isə ayələrin yazılı surətdə gəlməsini istəyirdilər. Yuxarıdakı ayədə bu hadisəyə işarə edilir ayələr yazılmış halda nazil olsa da, onların iman gətirməyəcəkləri bildirilir. Necəki, Musa peyğəmbərə Tövrat yazılı şəkildə nazil olmuş, ancaq yenə insanların arasından onu inkar edənlər çıxmışdı.)
Kerbelayi Malik ağa:
Əgər sənə kağız üzərində yazılı bir kitab nazil etsəydik, beləcə ona əlləri ilə toxunsalar belə, kafir olan kəslər mütləq: ‘Bu ancaq açıq-aşkar bir sehrdir.’ deyərdilər.
Ələsgər Musayev:
Əgər sənə kağız üzərində yazılmış kitab nazil etsəydik əlləri ilə ona toxunmuş olsaydılar, o kəslər ki, kafirdirlər deyərdilər: «Bu, ancaq sehrdir aşkar!»
A.Mehdiyev və D.Cəfərli:
Əgər sənə kağız səhifə üzərində bir yazı nazil etsək onlar öz əlləri ilə ona toxunsalar belə, kafirlər yenə «bu, aşkar sehrdən başqa bir şey deyildir» deyəcəklər.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Əgər sənə kağıza yazılı bir kitab endirsəydik, onlar da əllərilə ona toxunsaydılar, yenə o inkar edənlər: “Bu açıq-aşkar bir sehrdən başqa bir şey deyil”, deyəcəkdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz sənə kağız üzərində (yazılmış) bir kitab göndərsəydik belə o kafirlər ona öz əlləriylə toxunsaydılar da: "Bu, yalnız açıq-aşkar bir sehrbazlıqdır!" - deyərdilər.
Sabirə Dünyamalıyeva:
Biz, əgər ki, sənə papirusa/kağıza yazılmış bir kitab nazil etsək, onlar da əlləri ilə ona toxuunsa, həqiqətən o kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar etmiş olan o kəslər] "Bu, açıq-aydın sehrdən başqa bir şey deyil" deyərdilər.