Səff Surəsi 7. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İslama dəvət edildiyi halda, Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər? Allah zalım adamları doğru yola yönəltməz.
Bünyadov-Məmmədəliyev:
İslama dəvət olunduğu halda, Allaha qarşı yalan uydurandan (Onun peyğəmbərinə sehrbaz deyəndən) daha zalım kim ola bilər?! Allah zalım qövmü doğru yola yönəltməz!
Elmir Quliyev :
Кто же может быть несправедливее того, кто измышляет ложь об Аллахе, когда его призывают к исламу? Аллах не ведет прямым путем несправедливых людей.
Ələddin Sultanov:
İslama dəvət olunduğu halda Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?! Allah zalımları doğru yola yönəltməz.
Kerbelayi Malik ağa:
İslama (təslimə) dəvət olunarkən Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim vardır? Allah zalımlar qövmünü hidayətə ərdirməz.
Ələsgər Musayev:
Kimdir zalim o kəsdən ki, iftira edir üzərinə Allahın yalanı o, dəvət olunur tərəfinə təslim olmanın? Allah hidayət etməz zalim qoumu!
A.Mehdiyev və D.Cəfərli:
İslama tərəf dəvət olunduğu halda (onu qəbul etməyərək onu inkar eməklə) Allaha qarşı yalan uydurandan da daha zalım kim ola bilər?! Allah zalım qövmü hidayət etməz.
Kövsər Tağıyev:
İslama dəvət olunduğu halda Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər? Allah zalımlar qövmünə hidayət etməz.
M.Qənioğlu və T.Bilaloğlu:
İslama dəvət edildiyi halda Allaha qarşı yalan uydurandan daha haqsızı kimdir? Allah haqsız adamlara düz yol göstərməz.
Sabirə Dünyamalıyeva:
İslama dəvət olunduğu halda Allah barədə yalan uydurandan daha səhv; öz zərərinə olan əməli işləyən kim var? Allah, şirk qoşaraq, küfr işləyərək səhv; öz zərərinə olan əməli işləyənlər qövmünü [doğru yola] yönəltməz.