Talaq Surəsi 7. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə Özünün ona verdiyi (nemətdən) artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir.
Bünyadov-Məmmədəliyev:
Varlı-karlı olan öz varına görə (süd haqqı) versin. İmkanı az olan isə Allahın ona verdiyindən versin. Allah heç kəsi Özünün ona verdiyindən artıq xərcləməyə məcbur etməz. Allah hər bir çətinlikdən sonra asanlıq (yoxsulluqdan sonra dövlət) əta edər.
Elmir Quliyev :
Пусть обладающий достатком расходует согласно своему достатку. А тот, кто стеснен в средствах, пусть расходует из того, чем его одарил Аллах. Аллах не возлагает на человека сверх того, что Он даровал ему. После тяготы Аллах создает облегчение.
Ələddin Sultanov:
İmkanlı olan (boşanmış, yaxud südəmər uşağı olan qadınlara) öz imkanına görə versin! İmkanı az olan da Allahın ona verdiyindən xərcləsin! Allah hər kəsi yalnız ona verdiyindən məsul tutar. Allah çətinlikdən sonra asanlıq bəxş edər.
Kerbelayi Malik ağa:
Var-dövlət sahibi olan öz varına görə infaq etsin (xərcləsin). İmkanı az olan isə, o zaman Allahın ona verdiyindən infaq etsin. Allah heç kimi ona verdiyindən artığı ilə mükəlləf (məsul) tutmaz. Allah çətinlikdən sonra asanlıq verəcəkdir.
Ələsgər Musayev:
Qoy imkanı olanlar öz imkanına görə infaq etsinlər. Kimin haqqı ölçü ilədir, infaq etsin nədən ki, əta etdi ona Allah. Allah heç bir nəfsə yükləmir, ancaq ki, O vermişdir ona. Allah hər bir ağırlıqdan sonra yüngüllük edər.
A.Mehdiyev və D.Cəfərli:
(Mal-dövlət cəhətindən) zəngin olan kimsə (zövcəsi övladı üçün) öz var-dövlətinə görə xərcləsin ruzisi az olan kimsə Allahın ona verdiyindən xərcləsin; Allah əsla imkan verdiyindən artıq bir şeyi heç kəsin üzərinə vəzifə qoymaz. Allah hər hansı çətinlikdən sonra tezliklə bir asanlıq yaradar.
Kövsər Tağıyev:
İmkanlı olan imkanı nisbətincə nəfəqə versin. Ruzisi az olan isə Allahın ona verdiyindən (o nisbətdə) xərcləsin. Allah bir kimsəni ancaq ona verdiyi ilə məsul tutar. Allah bir çətinlikdən sonra bir asanlıq yaradacaq.
M.Qənioğlu və T.Bilaloğlu:
Qoy varlı kəs öz varından xərc etsin, ruzisi az edilmiş kəs isə, Allahın ona verdiyindən xərc etsin. Allah heç bir kəsin üzərinə Özünün ona verdiyindən artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verər.
Sabirə Dünyamalıyeva:
Geniş imkanları olanlar, geniş imkanlara görə xərcləsinlər/ehtiyacları qarşılasın. Ruzisi məhdud olan isə Allahın ona verdiyindən versin. Allah, heç bir adamı, ona verdiyindən başqasına [artığına] məcbur etməz. Allah, bir çətinlikdən sonra bir asanlıq əta edər.