Ənfal Surəsi 7. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O vaxt Allah sizə, iki dəstədən birinin (karvanın yaxud kafirlərin qoşununun) sizin olduğunu vəd edirdi. Siz, silahsız dəstənin sizin olmasını arzulayırdınız. Allah isə Öz kəlmələri ilə haqqı gerçəkləşdirmək kafirlərin kökünü kəsmək istəyirdi.
Bünyadov-Məmmədəliyev:
O zaman Allah sizə iki dəstədən birinin (Şamdan qayıdan karvanın ya Məkkədən çıxıb onların köməyinə gələn Qüreyş əsgərlərinin) sizin olmasını vəd edirdi. Siz silahsız (qüvvətsiz) karvanın sizin olmasını arzu edirdiniz. Allah isə Öz sözləri (bu barədə nazil etdiyi ayə) ilə haqqı (islamı) bərqərar etmək kafirlərin kökünü kəsmək istəyirdi.
Elmir Quliyev :
Вот Аллах обещал вам, что вам достанется один из двух отрядов (торговый караван или вооруженный отряд мекканцев). Вы пожелали, чтобы вам достался невооруженный отряд. Но Аллах желает подтвердить истину своими словами и искоренить неверующих,
Ələddin Sultanov:
(Xatırlayın ki,) o zaman Allah sizə iki dəstədən (Şama gedən karvan ya Qureyş ordusundan) birinin sizin olmasını vəd edirdi. Siz isə silahsız olanının sizin olmasını istəyirdiniz. Ancaq Allah, Öz sözləri ilə haqqı ortaya çıxarmaq kafirlərin kökünü kəsmək istəyirdi.
Kerbelayi Malik ağa:
Allah iki dəstədən birinin sizin olmasını sizə vəd edirdi. Siz silahsız olanın sizin olmasını istəyirdiniz. Allah da Onun (Öz) sözləri ilə haqqın bərqərar olmasını kafirlərin nəslinin kəsilməsini istəyir.
Ələsgər Musayev:
Onda ki, Allah sizə vəd verdi iki tayfadan biri olacaq sizin. Siz istərdiniz silahı olmayan sizə nəsib olsun. Allah istəyirdi haqq həqiqəti Öz kəlmələri ilə bərkidib qətt etsin dibinə kimi inanmıyanları,
A.Mehdiyev və D.Cəfərli:
(yada salın) o zaman(ı) ki, Allah sizə o iki dəstədən birinin (Məkkə tacirlərinin Şamdan Məkkəyə gedən ticarət malları daşıyan karvanının ya Məkkədən onları qorumaq üçün çıxan silahlı dəstənin) sizə nəsib olacağını vəd edirdi. Siz o silahsız dəstənin sizin olmasını çox istəyirdiniz. Allah (isə) Öz kəlmələri (əzəldən Lövhi-Məhfuzda yazmış olduğu vədləri) ilə haqqı bərqərar edərək möhkəmləndirmək kafirlərin kök nəslini kəsmək istəyirdi.
Kövsər Tağıyev:
Allah sizə vəd edirdi ki, o iki dəstədən biri sizindir. Siz gücsüz olanın sizin olmasını istəyirdiniz. Halbuki Allah sözləri ilə haqqı meydana çıxarmaq kafirlərin kökünü kəsmək istəyirdi.
M.Qənioğlu və T.Bilaloğlu:
O vaxt Allah iki dəstədən [karvan ordudan] birinin sizin olduğunu sizə vəd etdi. Siz istəyirdiniz ki, silahsız dəstə [karvan] sizin olsun. Allah isə istəyirdi ki, Öz kəlamları ilə haqqı bərqərar etsin, kafirlərin axırına çıxsın,
Sabirə Dünyamalıyeva:
o zaman Allah sizə, iki dəstədən birinin mütləq sizin olacağını vəd edirdi. Siz isə şanı şərəfi olmayan şeyin/soyğunun sizin olmasını istəyirsiniz. Allah da, Öz sözləriylə haqqı bərqərar etmək kafirlərin [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlərin] nəslini kəsmək; haqq dini inkişaf etdirmək istəyirdi.