Əlixan Musayev:
(İbrahim mələklərin) yeməyə əl vurmadıqlarını gördükdə onlar onun xoşuna gəlmədi və onların yanında canına qorxu düşdü. Onlar dedilər: “Qorxma! Həqiqətən, biz Lut qövmünə göndərilmişik”.
Bünyadov-Məmmədəliyev:
(İbrahim qonaqların) əllərinin yeməyə uzanmadıqlarını gördükdə onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü. Onlar dedilər: “Qorxma (biz Allahın mələkləriyik), biz Lut tayfasına (onu məhv etmək üçün) göndərilmişik!”
Elmir Quliyev
:
Увидев, что они не дотрагиваются до еды, он усомнился в них и почувствовал страх перед ними. Посланцы сказали: "Не бойся! Воистину, мы посланы к народу Лута (Лота)".
Ələddin Sultanov:
İbrahim onların əllərinin yeməyə uzanmadığını gördüyü zaman onlardan xoşu gəlmədi və onlara görə canına qorxu düşdü. Onlar: “Qorxma (biz mələyik)! Lut qövmünə göndərilmişik”, - dedilər.
Kerbelayi Malik ağa:
Lakin onların əllərinin ona uzanmadığını görüncə həyəcanlandı və onlardan dolayı qorxuya düşdü. (Onlar): ‘Qorxma, şübhəsiz ki, biz Lut qövmünə göndərildik.’ dedilər.
Ələsgər Musayev:
Amma
elə ki, gördü onlar ona əl vurmadılar, onlardan xoşu gəlmədi
və özündə onlara qarşı xof hiss etdi. Dedilər: «Xoflanma,
həqiqətən, biz, Lut qoumuna tərəf göndərilmişik».
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, elə ki, onların əllərinin ona (yeməyə) çatmadığını (uzanmadığını) gördü, onları yad bildi və qəlbində onlardan bir qorxu duydu. Onlar dedilər: «Qorxma, həqiqətən biz (Allah tərəfindən) Lut qövmünə (onları məhv etmək üçün) göndərilmiş (mələklər)ik.»
Kövsər Tağıyev:
Əllərini yeməyə uzatmadıqlarını gördükdə onların bu hərəkətini qəribə qarşıladı və onlardan içində bir qorxu düşdü. Dedilər ki: “Qorxma, çünki biz Lut qövmünə göndərilmişik”.
M.Qənioğlu və T.Bilaloğlu:
O görəndə ki, onlar buna [yeməyə] əl vurmurlar, onlar onun xoşuna gəlmədilər və o, onlardan qorxu hiss etdi. Onlar dedilər: "Qorxma, biz Lut tayfasına göndərilmişik".
Sabirə Dünyamalıyeva:
Sonra da onların ona əl uzatmadığını gördükdə, bunu qəribə qarşıladı və daxilində onlara qarşı bir qorxu oyandı. Onlar: "Qorxma, şübhəsiz, biz Lut qövmünə göndərilmişik" dedilər.