Əlixan Musayev:
Sizi Allah yaratmışdır. Sonra O sizi öldürəcəkdir. Sizlərdən bəziləri (vaxtilə) bildiyi şeyləri unutsun deyə ömrünün ən rəzil çağına çatdırılacaq. Həqiqətən, Allah Biləndir, (hər şeyə) Qadirdir.
Bünyadov-Məmmədəliyev:
Allah sizi yaratmışdır, sonra da (əcəliniz çatanda) öldürəcəkdir. Sizin bir qisminiz ömrün ən rəzil (ixtiyar) çağına (80-90 yaşlarına) çatdırılar ki, (vaxtilə) bildiyi hər şeyi unudar. (İnsan qocalığın ən düşkün dövründə bildiyini unudar, xasiyyətini dəyişib uşaq kimi olar. Bu, əsasən, kafirlərə aiddir. Lakin Quran oxuyan, oruc tutub namaz qılan, sidq-ürəkdən ibadət edən şəxsin isə ixtiyar çağında belə, ağlı başında olar, uzun ömür onun qiymətini və kəramətini Allah yanında daha da artırar). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!
Elmir Quliyev
:
Аллах сотворил вас, а затем Он умертвит вас. Среди вас есть такие, которые превращаются в дряхлых стариков и забывают все то, что знали. Воистину, Аллах — Знающий, Могущественный.
Ələddin Sultanov:
Sizi Allah yaratdı, sonra da O, sizin canınızı alacaqdır. Sizlərdən bəzisi vaxtilə bildiklərini xatırlamasın deyə ömrünün ən ixtiyar çağına qədər yaşadılar. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeyə qadirdir.
Kerbelayi Malik ağa:
Allah sizi yaratdı. Sonra sizi vəfat etdirəcək. Sizdən kim ömrünün ən rəzil mərhələsinə geri (hidayətdən dəlalətə) qaytarılarsa, bu bir şey barəsində elm sahibi olduqdan (hidayəti öyrəndikdən) sonra bilmədiyi (idrak edə bilmədiyi) üçündür. Şübhəsiz ki, Allah ən yaxşı biləndir, qadir olandır.
Ələsgər Musayev:
Allah sizi xəlq edib, sonra
sizə vəfat bağışlar. Sizdən eləsi var ömrünün elə rəzil çağına
yetişər ki, hər nə bilirdi, hamısını yaddan çıxardar. Həqiqətən,
Allah Alimdir, Qadirdir!
A.Mehdiyev və D.Cəfərli:
Allah sizi yaratdı, sonra sizin ruhunuzu alacaqdır. Sizdən bəzisi (ağıl və cismin qüdrəti baxımından) ömrünün ən rəzil mərhələsinə qaytarılar ki, elmdən sonra bir şey bilməsin. Həqiqətən Allah çox bilən və qüdrətlidir.
Kövsər Tağıyev:
Allah sizi yaratdı. Sonra sizi öldürəcək. Aranızdan kimiləri də bilikli olduqdan sonra heç bir şey bilməsin deyə ömrünün ən düşkün çağına çatdırılır. Şübhəsiz, Allah haqqı ilə biləndir, (hər şeyə) haqqı ilə qadirdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah sizi yaratmışdır, sonra isə O, sizi öldürəcəkdir. Sizlərdən eləsi var ki, ömrün xoşagəlməz elə çağına çatdırılacaq ki, bildiyi şeylərdən daha heç nəyi bilməsin [huşsuzluğa düçar olsun]. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeyə qadirdir.
Sabirə Dünyamalıyeva:
Və sizi Allah əmələ gətirdi, sonra da sizi vəfat[#292] etdirəcək; sizə keçmişdə etdiklərinizi və etməniz lazım olduğu halda etmədiklərinizi bir-bir xatırlatdıracaq. İçinizdən bəziləri də, bildikdən sonra heç bir şey bilməsin deyə, ömrün ən pis zamanına çatdırılar. Şübhəsiz ki, Allah çox elmli və çox qüdrətlidir.