Əlixan Musayev:
Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!
Bünyadov-Məmmədəliyev:
Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
Это не относится к тем, которые раскаялись, уверовали и поступали праведно. Их злые деяния Аллах заменит добрыми, ибо Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlər bundan istisnadır. Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, mərhəmətlidir.
Kerbelayi Malik ağa:
Ancaq kim (mürşidi qarşısında) tövbə edər (beləcə qəlbinə iman yazılıb, imanı artan) mömin olar və saleh əməl (nəfsi islahedici əməl) işlərsə, o təqdirdə Allah onların günahlarını savaba çevirər. Allah Ğafurdur (günahları savaba çevirəndir), Rəhimdir.
Ələsgər Musayev:
Ancaq kim ki, qayıda və inana və saleh əməl edə – həmin onlardır ki, dəyişər Allah onların pisliklərini yaxşılığa. Oldu Allah Ğəfur, Rəhim!
A.Mehdiyev və D.Cəfərli:
(Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək onların yerinə yaxşılıq yazar). Allah çox bağışlayan və mehribandır.
Kövsər Tağıyev:
Amma tövbə edib iman edən və saleh əməl işləyənlər istisnadır. Allah onların pisliklərini yaxşılıqlara çevirər. Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
tövbə edib iman gətirən və əməlisaleh olanlardan başqa. Allah bunların pis əməllərini yaxşılan ilə əvəz edər. Axı Allah bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
Ancaq tövbə edən, iman gətirən və yaxşı əməl işləyənlər bunun xaricindədir. Allah, bax onların pis əməllərini yaxşı əməllərə çevirər. Və Allah, çox bağışlayandır, çox mərhəmətlidir.