Əlixan Musayev:
diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin.
Bünyadov-Məmmədəliyev:
Onunla diri olanları (ağıl və bəsirət sahiblərini) qorxutsun və o deyilən söz (əzəldən buyurduğumuz əzab hökmü) kafirlər barəsində gerçək olsun.
Elmir Quliyev
:
чтобы он предостерегал тех, кто жив, и чтобы сбылось Слово относительно неверующих.
Ələddin Sultanov:
Diri olanları xəbərdar etsin və kafirlər barəsindəki (əzab) sözü vacib olsun deyə (onu nazil etdik).
Kerbelayi Malik ağa:
(Quranın nazil edilməsi) həyatda olanları xəbərdar etmək və (əzab) sözünün kafirlərin üzərinə haqq olması üçündür.
Ələsgər Musayev:
nəzərə çatdırması üçün kim ki, diri oldu və haqq olsun söz üzərində kafirlərin.
A.Mehdiyev və D.Cəfərli:
Qəlbləri diri (və vicdanları haqqı qəbul etməyə hazır) olan kəsləri qorxutsun və (Allahın) söz(ü və Cəhənnəm vədi) kafirlərin barəsində gerçək olsun.
Kövsər Tağıyev:
Biz o peyğəmbərə şeir öyrətmədik. Bu, heç ona yaraşmaz da. O(na verdiyimiz) ancaq bir öyüd və açıq-aydın bir Qur`andır.
M.Qənioğlu və T.Bilaloğlu:
həyatda olanlara öyüd-nəsihət versin və kafirlər üzərində söz [əzab vədi] haqq olsun.
Sabirə Dünyamalıyeva:
O, yalnız diri olanlara xəbərdarlıq etmək və kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] barəsində Sözün gerçək olması üçün bir öyüd-nəsihət və açıq-aşkar bir Qurandır.