Maidə Surəsi 70. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz İsrail oğullarından əhd-peyman aldıq onlara elçilər göndərdik. Hər dəfə bir elçi onlara könüllərinə yatmayan bir şey gətirəndə o (elçilərin) bir qismini yalançı hesab edər, bir qismini öldürərdilər.
Bünyadov-Məmmədəliyev:
Biz İsrail oğullarından əhd almış, onlara peyğəmbərlər göndərmişdik. Hər dəfə bir peyğəmbər onlara ürəklərinə yatmayan bir hökm gətirdikdə (həmin peyğəmbərlərin) bir qismini yalançı hesab edər, bir qismini öldürərdilər.
Elmir Quliyev :
Мы уже заключили завет с сынами Исраила (Израиля) и отправили к ним посланников. Каждый раз, когда посланники приносили им то, что им было не по душе, они нарекали лжецами одних и убивали других.
Ələddin Sultanov:
Həqiqətən, Biz İsrail oğullarından əhd almış onlara peyğəmbərlər göndərmişdik. Hər dəfə bir peyğəmbər onlara, nəfslərinin arzulamadığı bir şeyi (ilahi hökmləri) gətirəndə, onlar (peyğəmbərlərin) bir qismini yalanladılar, bir qismini öldürdülər.
Kerbelayi Malik ağa:
And olsun ki, Biz İsrail oğullarından misaq aldıq onlara rəsullar göndərdik. Onlara hər dəfə rəsul gəldiyində, nəfslərinin həvalarına uymaları səbəbiylə bir qismini yalanladılar bir qismini öldürdülər.
Ələsgər Musayev:
Biz Israil oğullarından and aldıq göndərdik onlara rəsulları. Külli ki, gəldi onlara rəsul ilə kiyoxdur havayı nəfslərində, firqəsini yalan saydılar firqəsini qətl etdilər
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, Biz İsrail övladlarından (tovhid peyğəmbərlərə iman barəsində) əhd-peyman aldıq onlara peyğəmbərlər göndərdik. vaxt (hansısa) bir peyğəmbər onlara ürəkləri istəməyən bir şey gətirirdisə, (həmin peyğəmbərlərin) bir qismini təkzib edir, bir qismini öldürürdülər.
Kövsər Tağıyev:
And olsun, İsrail oğullarından möhkəm söz almış onlara peyğəmbərlər göndərmişdik. Lakin zaman ki, peyğəmbər onlara nəfslərinə xoş gəlməyən bir hökm gətirdi, onlardan bir qismini təkzib etdilər, bir qismini öldürdülər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz İsrail övladlarından əhd götürdük onlara peyğəmbərlər göndərdik. Hər dəfə bir peyğəmbər onların ürəyinə yatmayan bir şeylə yanlarına gələndə, onların bəzisini yalançı hesab edib, bəzisini öldürüblər.
Sabirə Dünyamalıyeva:
And olsun ki, Biz, İsrail oğullarının əhdini aldıq onlara elçilər göndərdik; zaman ki, elçi onlara, nəfslərinin xoşlamadığı bir şeyi gətirdi, bir qismini təkzib etdilər, bir qismini öldürürlər.