Əlixan Musayev:
Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məh-kum etməsin. Allahdan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. Onlar qazandıqları (günahlara) görə məhvə məhkum olanlardır. Kafir olduqlarına görə onlar üçün qaynar içki və üzücü bir əzab hazırlanmışdır.
Bünyadov-Məmmədəliyev:
Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının məğrur etdiyi (və ya aldatdığı) şəxsləri boşla getsinlər. (Onlara Quranı) xatırlat ki, heç kəs qazandığı əmələ görə özünü həlaka düçar etməsin. Allahdan başqa onun nə bir dostu var, nə də bir şəfaətçisi (havadarı). O, hər hansı bir fidyəni versə belə, qəbul olunmaz. Onlar etdikləri əməllərə görə əzaba düçar olanlardır. Onları küfr etdiklərinə görə qaynar su (cəhənnəm içkisi həmim) və şiddətli əzab gözləyir!
Elmir Quliyev
:
Покинь тех, которые считают свою религию забавой и потехой и обольщаются мирской жизнью. Но увещевай их этим, дабы душа не обрекла себя на погибель тем, что приобрела, когда не будет у нее покровителя и заступника, кроме Аллаха, и когда от нее ничего не будет принято, какой бы выкуп она ни предложила. Они обрекли себя на погибель тем, что приобрели. Им уготованы кипящее питье и мучительные страдания за то, что они были неверующими.
Ələddin Sultanov:
Dinlərini oyun-əyləncəyə çevirən və dünya həyatının aldatdığı kimsələri boşla getsin! Qazandıqlarına görə heç kimin fəlakətə düçar olmaması üçün onunla (Quranla) nəsihət ver! Onların Allahdan başqa heç bir dostu və şəfaətçisi yoxdur. Hər şeyi fidyə olaraq versə belə, yenə bu onlardan qəbul olunmaz. Onlar qazandıqlarına görə fəlakətə düçar olan kimsələrdir. İnkar etmələri səbəbilə onlar üçün qaynar sudan ibarət içki və şiddətli bir əzab vardır.
Kerbelayi Malik ağa:
Özlərinin dinini oyun və əyləncə edənləri tərk et. Onları dünya həyatı aldatdı. Qazandıqları səbəbiylə nəfsin həlak olacağını onunla xatırlat. Onun üçün Allahdan başqa bir dost və bir şəfaətçi yoxdur. O, bütün fidyələri versə də, ondan qəbul edilməz. Onlar qazandıqlarına görə həlak olmuş kəslərdir. İnkar etdikləri şeylərə görə onlar üçün qaynar sudan bir içki və əlim bir əzab vardır.
Ələsgər Musayev:
Tərk et o kəsləri ki, dinlərini oyun və əyləncə ediblər və qürurlu edibdir onları dünya həyatı! Yad et onunla ki, məhv olacaq nəfs kəsb etdiyi əmələ görə. Ona Allahdan başqa dost və şəfa edən yoxdur! Əgər o, hər nə əvəz verə, ondan qəbul olunmaz. Həmin onlar o kəslərdir ki, məhv olublar kəsb etdikləri əməllərə görə. Onlar üçün küfürlərinin bərabərində hamamdakı qaynayan su kimi şərab və ələmli əzab var!
A.Mehdiyev və D.Cəfərli:
Öz dinlərini oyun-oyuncaq və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri boşla. Bu Qur’an vasitəsilə öyüd ver ki, məbada (axirət günü) kimsə Allahdan başqa bir başçı, yardımçı və şəfaətçisi olmayan halda kəsb etdiyinin cəzası olaraq həlakətə təslim və (ilahi) rəhmətdən naümid olsun. O, (günahlarının müqabilində) hər nə fidyə və əvəz versə, ondan qəbul olunmaz. Onlardır kəsb etdiklərinin müqabilində həlakətə təslim və (ilahi) rəhmətdən naümid olanlar! Onlar üçün küfrlərinin (və nemətlərə nankor olmalarının) cəzası olaraq qaynar sudan içki və ağrılı bir əzab vardır.
Kövsər Tağıyev:
Dinlərini oyun və əyləncə yerinə qoyanları və dünya həyatının aldatdığı kimsələri burax. Heç bir kəsin qazandığı ucbatından məhrumiyyətə sürüklənməməsi üçün Qur`an ilə öyüd ver. Yoxsa ona Allahdan başqa nə bir dost var, nə də bir şəfaətçi. (Qurtuluşu üçün) hər cür fidyə versə də, bu, ondan qəbul olunmaz. Onlar qazandıqları ucbatından həlaka sürüklənmiş kimsələrdir. Küfrə batıb qalmaları səbəbi ilə onlara qaynar bir içki və ağrılı-acılı bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Öz dinini bir oyun və əyləncə edənləri, bu dünya həyatının şirnikdirdiyi kəsləri tərk et. Bununla [Quranla] yada sal ki, hər kəs kəsb etdiklərinə görə (qiyamət günü) yaxalanacaqdır. Ona Allahdan başqa nə bir himayəçi, nə də bir havadar olacaqdır. Əgər o, hər hansı bir əvəz təklif etsə, ondan qəbul olunmaz. Kəsb etdiklərinə görə yaxalananlara küfr etdikləri üçün "həmim" [qaynar cəhənnəm içkisi] və üzücü bir əzab olacaqdır.
Sabirə Dünyamalıyeva:
Və dinlərini oyun və əyləncə halına gətirən/oyun və əyləncəni özlərinə din etmiş, dünya həyatı tərəfindən aldadılan kəsləri burax və Quran ilə xatırlat/öyüd-nəsihət ver: Bir adam, öz əliylə işləyib qazandığı ucbatından dəyişikliyə və məhvə məruz qalsa, onun üçün Allahın altındakılardan bir kömək edən, yol göstərən, qoruyan bir yaxın kimsə və dəstəkçi, şəfaətçi olmaz. Günahı müqabilində hər cür əvəzi ödəməyə razı olsa da, ondan qəbul edilməz. Bax bunlar, qazandıqları ucbatından dəyişikliyə/məhvə məruz qalan kəslərdir. Nankorluq etdikləri üçün onlara qaynar sudan bir içki və ağrılı-acılı bir əzab vardır.