Əraf Surəsi 70. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar dedilər: “Yanımıza gəlmisən ki, atalarımızın ibadət etdiklərini buraxıb tək Allaha ibadət edək? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyin əzabı gətir”.
Bünyadov-Məmmədəliyev:
(Hud tayfasının kafirləri) dedilər: “Sən bizə yalnız Allaha ibadət etməyimiz atalarımızın tapındıqları bütlərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğru danışanlardansansa, bizi qorxutduğun (bizi təhdid etdiyin əzabı) bir gətir görək!”
Elmir Quliyev :
Они сказали: "Неужели ты пришел к нам для того, чтобы мы поклонялись одному Аллаху и отреклись от того, чему поклонялись наши отцы? Ниспошли нам то, чем ты угрожаешь (или что ты обещаешь), если ты говоришь правду".
Ələddin Sultanov:
Onlar dedilər: “Sən bizə, yalnız Allaha ibadət etməyimiz atalarımızın ibadət etdiyi şeylərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini (əzabı) gətir!”
Kerbelayi Malik ağa:
Dedilər ki: ‘Tək bir Allaha qul olmağımız atalarımızın ibadət etdiyi şeyləri tərk etməyimiz üçünmü bizə gəldin? Əgər sən doğru söyləyənlərdənsənsə, bizə vəd etdiyin şeyi (əzabı) artıq bizə gətir.’
Ələsgər Musayev:
Dedilər: «Sən gəlibsən ki, biz Vahid Allaha ibadət edək atalarımız ibadət edənləri tərk edək? ilə ki, bizə vəd verirsən, tez gətir, əgər doğru deyənlərdənsən!
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Sən bizim yanımıza gəlmisən ki, biz yalnız Allaha ibadət edək atalarımızın ibadət etdiklərini boşlayaq? Onda əgər doğruçulardansansa, vəd etdiyini (ilahi əzabı) gətir».
Kövsər Tağıyev:
Onlar: “Sən bizə tək Allaha ibadət edək, atalarımızın ibadət etdiklərindən əl çəkək deyəmi gəldin? Əgər doğru söyləyənlərdənsənsə, bizi təhdid etdiyin əzabı bizə gətir”, dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Yanımıza gəlmisən ki, ata-babalarımızın ibadət etdiklərindən əl çəkib ancaq Allaha ibadət edək? Əgər düz danışansansa, onda bizi qorxutduğun şeyi gətir görək!"
Sabirə Dünyamalıyeva:
Onlar dedilər ki: "Demək, sən, başqalarını işə qarışdırmadan bir tək Allaha bəndəlik edək əcdadımızın bəndəlik etdiklərindən əl çəkək deyə gəldin? Əgər doğruçulardansansa, bizi qorxutduğu şeyi bizə gətir!"