Əlixan Musayev:
Ey Peyğəmbər! Əlinizdə olan əsirlərə de: “Əgər Allah qəlbinizdə xeyir olduğunu bilsə, sizdən alınan fidyədən daha xeyirlisini sizə verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir”.
Bünyadov-Məmmədəliyev:
Ya Peyğəmbər! Əlinizdə olan əsirlərə de: “Əgər Allah (Öz əzəli elmi ilə) ürəklərinizdə bir yaxşılıq olduğunu bilsə, sizə sizdən alınandan (fidyədən) daha yaxşısını verər və sizi bağışlayar. Axı Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
О Пророк! Скажи пленникам, которые находятся в ваших руках: "Если Аллаху известно, что в ваших сердцах есть добро, то Он дарует вам нечто лучшее, чем отобранное у вас, и простит вас. Воистину, Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Ey Peyğəmbər! Əlinizdə olan əsirlərə de ki: “Əgər Allah qəlblərinizdə bir xeyir olduğunu bilsə, sizdən alınandan (fidyədən) daha xeyirlisini sizə verər və sizi bağışlayar. Allah bağışlayandır, rəhmlidir.
Kerbelayi Malik ağa:
Ey Nəbi (Peyğəmbər)! Əsirlərdən əlinizin altında olanlara de ki: ‘Əgər Allah qəlbinizdə xeyir olduğunu bilsə, sizə sizdən alınanlardan daha xeyirlisi verilər və sizi məğfirət edər. Allah Ğafurdur, Rəhimdir.’
Ələsgər Musayev:
Ay nəbi! Kim ki, əlinizdə əsirlərdən var, onlara de: «Əgər Allah məlum etsə qəlblərinizdə xeyir, əta edərdi sizə xeyiri nədən ki, alınıb sizdən və sizi bağışlayar. Allah Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Ey Peyğəmbər, (Bədr müharibəsi) əsirlər(in)dən sizin ixtiyarınızda olanlara de: «Əgər Allah sizin qəlblərinizdə bir xeyir (olmasını, İslamı qəbul edəcəyinizi) bilsə, sizə sizdən alınandan daha yaxşısını verər və sizi bağışlayar. Allah çox bağışlayan və mehribandır».
Kövsər Tağıyev:
Ey Peyğəmbər! Əlinizdəki əsirlərə söylə: “Əgər Allah qəlblərinizdə (iman, ixlas, xoş niyyət kimi) bir xeyir (olduğunu) bilərsə, sizdən alınan fidyədən daha xeyirlisini sizə verər və sizi bağışlayar. Allah çox bağışlayandır, çox mərhəmət edəndir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey peyğəmbər! Əlinizdə olan əsirlərə de: "Əgər Allah ürəklərinizdə xeyirxahlıq olduğunu bilsə, (onda) sizə özünüzdən alınmış şeydən [fidyədən] daha yaxşısını verər və sizi bağışlar. Axı Allah bağışlayandır, rəhmlidir!"
Sabirə Dünyamalıyeva:
Ey Nəbi! Əsirlərdən əlinizdə olan kəslərə də ki: "Əgər Allah sizin qəlblərinizdə bir xeyir [olduğunu] bilsə, sizdən alınandan daha xeyirlisini sizə verər və günahlarınızı bağışlayar. Və Allah, çox bağışlayandır, çox rəhm edəndir."