Tövbə Surəsi 70. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər onlara özlərindən əvvəlkilərin Nuh, Ad Səmud camaatının, İbrahim qövmünün, Mədyən əhalisinin alt-üst edilmiş kəndin (Lut tayfasının) xəbərləri gəlib çatmayıbdırmı? Elçiləri onlara açıq-aydın dəlillər gətirmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.
Bünyadov-Məmmədəliyev:
Məgər onlara özlərindən əvvəlki Nuh, Ad, Səmud tayfasının, İbrahim qövmünün, Mədyən əhalisinin Mötəfikilərin (şəhərləri alt-üst olmuş Lut tayfasının) xəbəri gəlib çatmadımı? Peyğəmbərləri onlara aşkar möcüzələrlə gəlmişdilər. Allah onlara zülm edən deyildi, lakin onlar özlərinə zülm etdilər.
Elmir Quliyev :
Разве до них не дошли рассказы о тех, кто жил до них: народе Нуха (Ноя), адитах, самудянах, народе Ибрахима (Авраама), жителях Мадьяна и опрокинутых селений (селений народа Лута)? Посланники приходили к ним с ясными знамениями. Аллах не был несправедлив к ним они сами поступали несправедливо по отношению к себе.
Ələddin Sultanov:
Onlara, özlərindən əvvəlkilərin Nuh, Ad Səmud qövmünün, İbrahim qövmünün, Mədyən xalqının alt-üst olmuş şəhərlərin xəbəri gəlmədimi?! Peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirmişdilər. Allah onlara zülm edəsi deyildi, lakin onlar özlərinə zülm edirdilər.
Kerbelayi Malik ağa:
Onlardan əvvəlkilərin Nuh, Ad Səmud qövmlərinin İbrahim qövmünün, Mədyən xalqının alt-üst olan şəhərlərin xəbəri gəlmədimi? Onlara öz rəsulları bəyyinələr (açıq dəlillər) gətirdi. Elə isə Allah onlara zülm etmədi. Lakin onlar özlərinə zülm etdilər.
Ələsgər Musayev:
Ə, gəlmədimi onlara xəbərləri onlardan qabaq olan kəslərin–Nuh qoumunun Ad Səmud Ibrahim qoumunun Mədyən əshabının Mutəfikilərin? Gəldi onlara rəsulları bəyanatla. Olmadı Allah onlara zülm edən lakin onlar öz nəfslərinə zülm edənlər oldular!
A.Mehdiyev və D.Cəfərli:
Məgər onlardan qabaqkıların Nuhun (suda batmış) qövmü(nün), Adın (Hudun külək əsməsi ilə həlak olmuş qövmünün), Səmudun (Salehin göydən gələn bir bağırtı ilə məhv olmuş qövmünün), İbrahimin (ağcaqanad digər əzabların göndərilməsi ilə məhv olmuş) qövmünün, Mədyən əshabının (Şüeybin od yağdıran buludla həlak olmuş qövmünün) alt-üst edilmiş məlum şəhərlərin (Lut qövmünün üç şəhərinin) xəbəri onlara çatmayıb? Peyğəmbərləri onlara açıq-aşkar dəlillər gətirdilər. Beləliklə, Allah onlara zülm etmək istəmirdi, lakin (özlərinə) zülm edən onlar özləri idilər.
Kövsər Tağıyev:
Onlara özlərindən əvvəlkilərin Nuh, Ad Səmud qövmlərinin, İbrahimin qövmünün, Mədyən xalqının yerlə yeksan olan şəhərlərin xəbərləri gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq möcüzələr gətirmişdi. (Amma inanmadılar, Allah da onları cəzalandırdı.) Allah onlara zülm etmirdi, ancaq onlar özlərinə zülm edirdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlardan əvvəlkilərin - Nuh, Ad Səmud camaatının, İbrahim camaatının, Mədyən sakinlərinin alt-üst edilmiş kəndlərin əhalisinin [Lut camaatının] əhvalatı onlara gəlib çatmayıbmı? Peyğəmbərləri onlara aydın ayələr gətirmişdilər. Allah onlara zülm edən olmamışdı, lakin onlar özləri-özlərinə zülm etdilər.
Sabirə Dünyamalıyeva:
Onlara, özlərindən əvvəlki kəslərin; Nuh qövmünün, Adın, Səmudun, İbrahimin qövmünün, Mədyən əhlinin alt-üst olmuş şəhərlərin xəbəri gəlib çatmadımı? Onlara elçiləri açıq-aşkar dəlillərlə gəlmişdilər. sonra, Allah onlara haqsızlıq edən deyildi. Lakin onlar, şərik qoşmaq surətiylə öz-özlərinə haqsızlıq edirdilər.