Əlixan Musayev:
Onlara Nuhun əhvalatını oxu. Bir zaman o, öz qövmünə demişdi: “Ey qövmüm! Əgər (aranızda) qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. (Allaha) qoşduğunuz şəriklərlə birləşib sözü bir yerə qoyun, sonra da işinizi aşkarda görün. Bundan sonra mənə qarşı bacardığınızı edin və mənə möhlət verməyin.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Müşriklərə Nuhun xəbərini söylə. Bir zaman o öz ümmətinə belə demişdi: “Ey ümmətim! Əgər aranızda qalmağım və Allahın ayələri ilə öyüd-nəsihət verməyim sizə ağır gəlirsə, mən (sizin mənə qarşı bütün pis niyyətlərinizdən) Allaha təvəkkül edirəm. Şəriklərinizlə birlikdə (mənim barəmdə) nə edəcəyinizi qərarlaşdırın. Görəcəyiniz iş gizli qalmasın (onu mənə də bildirir), sonra mənə heç möhlət də verməyib haqqımda istədiyinizi edin (istədiyiniz hökmü çıxarın!).
Elmir Quliyev
:
Прочти им рассказ о Нухе (Ное). Вот он сказал своему народу: "О народ мой! Если вам тяжко от того, что я нахожусь среди вас и напоминаю о знамениях Аллаха, то я уповаю на Него. Объединитесь со своими идолами и действуйте открыто, а затем возьмитесь за меня и не предоставляйте мне отсрочки.
Ələddin Sultanov:
Onlara Nuhun xəbərini oxu! Vaxtilə o öz qövmünə demişdi: “Ey qövmüm! Əgər aranızda qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, bilin ki, mən Allaha təvəkkül edirəm. Siz də şəriklərinizlə birlikdə işinizi qərarlaşdırın. Sonra işiniz başınıza dərd olmasın. Sonra haqqımda verdiyiniz hökmü icra edin və mənə heç möhlət də verməyin!
Kerbelayi Malik ağa:
Onlara Hz. Nuhun xəbərini oxu. Qövmünə belə demişdi: ‘Ey qövmüm! Mənim aranızda olmağım, Allahın ayələrini zikr etməyim (xatırlatmağım) sizə ağır gəlirsə, artıq mən Allaha təvəkkül etdim (güvənirəm). Bundan sonra siz və ortaqlarınız (edəcəyiniz) işi qərarlaşdırın. Sonra işləriniz sizə dərt olmasın. Sonra da mənə qarşı tətbiq edin (bacardığınızı edin) və gözləməyin.’
Ələsgər Musayev:
Tilavat et üzərinə onların Nuhun xəbərini. Onda
qoumuna dedi: «Ay qoumum! Əgər mənim məqamım və
Allahın ayətləri ilə yad etməyim sizə ağır gəlirsə, mən Allaha
təvəkkül etmişəm. Artıq cəmləyin işlərinizi və şəriklərinizi,
sonra qoy işiniz sizi məşğul etməsin, sonra məni mühakimə
edin və mənə möhlət verməyin!
A.Mehdiyev və D.Cəfərli:
Və onlara Nuhun hekayətini oxu. O zaman o öz qövmünə demişdi: «Ey mənim qövmüm, əgər mənim (sizin aranızda) qalmağım (və ya peyğəmbərlik işləri ilə məşğul olmağım) və Allahın nişanələrini yada salmağım sizə ağır gəlirsə, (buna görə də məni öldürmək, ya sürgün etmək istəyirsinizsə) mən Allaha təvəkkül etdim. Buna görə də, siz şəriklərinizlə (sizə kömək edəcəklərini sandığınız bütlərlə) birgə öz işinizdə bir qərara gəlin ki, işiniz sizə məchul və örtülü qalmasın. O zaman mənim işimi bitirin və mənə heç bir möhlət verməyin».
Kövsər Tağıyev:
Nuhun xəbərini onlara oxu. O, bir vaxt öz qövmünə belə demişdi: “Ey qövmüm! Əgər mənim məqamım və Allahın ayələri ilə öyüd-nəsihət verməyim sizə ağır gə56. O dirildir və öldürür. Ancaq Ona qaytarılacaqsınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Nuhun əhvalatını onlar üçün oxu. O zaman o öz camaatına demişdi: “Ey mənim camaatım! Əgər mənim (aranızda) olmağım və Allahın ayələrini yadınıza salmağım sizə ağır gəlirsə, onda mən Allaha təvəkkül edirəm. Qoşduğunuz şəriklərlə sözünüzü bir yerə qoyun sonra (elə edin ki), bu işiniz sizə qəm-qüssə gətirməsin. Sonra isə möhlət vermədən mənim barəmdə hökmünüzü verin!
Sabirə Dünyamalıyeva:
Bir də onlara Nuhun vacib xəbərlərini oxu: Bir vaxt o, öz qövmünə demişdi: "Ey qövmüm! Əgər mənim mövqeyim; mənə tapşırılan vəzifə, sizə qarşı çıxmağım və Allahın ayələri ilə öyüd verməyim sizə ağır gəlirsə, bunu bilin ki, mən, işin nəticəsini yalnız Allaha tapşırmışam.