Yusif Surəsi 71. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Qardaşlar) onlara tərəf dönüb: “Nə itirmisiniz?”– dedilər.
Bünyadov-Məmmədəliyev:
(Yəqubun oğlanları arxalarınca gələnlərə tərəf) dönüb: “Nə itirmisiniz?” deyə soruşdular.
Elmir Quliyev :
Повернувшись к ним лицом, братья сказали: "Что вы потеряли?"
Ələddin Sultanov:
(Yusifin qardaşları) onlara dönüb: “Nə itirmisiniz?” - dedilər.
Kerbelayi Malik ağa:
Onlara dönərək: ‘İtirdiyiniz nədir?’ dedilər.
Ələsgər Musayev:
Dedilər, onda ki, onlara yaxınlaşdılar: «Nə axtarırsınız?»
A.Mehdiyev və D.Cəfərli:
(Yusufun qardaşları) üzlərini məmurlara tutub dedilər: «Nə itirmisiniz?»
Kövsər Tağıyev:
Yusufun qardaşları onlara tərəf dönərək: “Nə itirmisiniz?” dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar isə bunlara üz tutaraq soruşdular “Nə itirmisiniz?"
Sabirə Dünyamalıyeva:
Karvandakılar onlara dönərək, "Nə itirmisiniz?" dedilər.