Əlixan Musayev:
Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar.
Bünyadov-Məmmədəliyev:
Hər kəs tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə (Allahın rizasını qazanmış halda) dönər.
Elmir Quliyev
:
Кто раскаивается и поступает праведно, тот действительно возвращается к Аллаху.
Ələddin Sultanov:
Kim tövbə edib saleh əməl işləyərsə, o, tövbəsi qəbul edilmiş halda Allaha dönər.
Kerbelayi Malik ağa:
Kim (mürşidi qarşısında) tövbə edər və saleh əməl(nəfsi islahedici əməl)işlərsə, o təqdirdə şübhəsiz ki, o, tövbəsi qəbul edilmiş olaraq Allaha yönələr.
Ələsgər Musayev:
Kim qayıda və əməli salehdirsə, həqiqətən, o, qayıdıb Allaha tərəf doğru qayıdışla.
A.Mehdiyev və D.Cəfərli:
Kim tövbə etsə və yaxşı işlər görsə, o, gözəl və bəyənilən şəkildə Allaha tərəf qayıdar. (Buna görə də günahın savaba çevrilməsi təəccüblü deyil.)
Kövsər Tağıyev:
Kim də tövbə edər və saleh əməl işlərsə, o, Allaha tövbəsi qəbul edilmiş olaraq dönər.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim tövbə edib əməlisaleh olarsa, o, Allaha doğru üz tutmuş olar.
Sabirə Dünyamalıyeva:
Və hər kim tövbə etsə və saleh əməl işləsə, o həqiqətən də tövbəsi qəbul edilmiş olaraq Allaha qayıdar.-