Qəsəs Surəsi 71. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Bir deyin görək, əgər Allah gecəni üstünüzdə Qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud sizə bir işıq gətirə bilər? Məgər siz eşitmirsiniz?”
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Bir deyin görək, əgər Allah gecəni qiyamətə qədər üstünüzə uzatsaydı, (haqq olan) Allahdan başqa hansı tanrı sizə bir işıq gətirə bilərdi?! Məgər (öyüd-nəsihət) eşitmirsinizmi?”
Elmir Quliyev :
Скажи: "Как вы думаете, какой бог, кроме Аллаха, сможет принести вам свет, если Аллах продлит вам ночь до Дня воскресения? Неужели вы не слышите?"
Ələddin Sultanov:
De: “Deyin görək, əgər Allah qiyamət gününə qədər sizi gecəyə qərq etsəydi, Allahdan başqa hansı ilah sizi aydınlığa çıxarardı? Hələ (haqqı) eşitmirsinizmi?”
Kerbelayi Malik ağa:
De ki: ‘Gördünüzmü (düşündünüzmü)? Əgər Allah gecəni sizin üzərinizdə qiyamət gününə qədər davamlı etsəydi, Allahdan başqa sizə işığı gətirəcək İlah kimdir? Hələ eşitməyəcəksinizmi?
Ələsgər Musayev:
De: «?, gordunuzmu, ?g?r ed? Allah gec?ni uz?rinizd? qiyam?t gunun? q?d?r ?b?di kimdir Ilahi Allahdan qeyri, g?tir? siz? is?ql? ziya? ?, esitmirsinizmi?»
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər!) de: «Mənə deyin görüm, əgər Allah gecəni sizin üçün (yer kürəsini dayandırmaqla) Qiyamət gününə qədər həmişəlik bərqərar etsəydi, yeganə Allahdan başqa hansı tanrı (hətta günəşdən deyil, başqa bir yerdən) sizə bir işıq gətirə bilərdi? Məgər eşitmirsinizmi?!»
Kövsər Tağıyev:
De ki: “Deyin görək, əgər Allah sizin üzərinizə gecəni qiyamətə qədər daim etsəydi, Allahdan başqa hansı ilah sizə bir aydınlıq gətirərdi? Hələ eşitmirsinizmi?”
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Bir deyin görək, əgər Allah gecəni üzərinizdə qiyamət gününə qədər uzadarsa, Allahdan başqa hansı tanrı sizə bir işıqlıq gətirə bilər? Məgər siz eşitmirsiniz?"
Sabirə Dünyamalıyeva:
De ki: "Heç fikirləşirsinizmi, əgər Allah üstünüzdəki gecəni qiyamətə qədər uzatsaydı, Allahdan başqa sizə işıq gətirə bilən məbud kimdir? Hələ qulaq asmayacaqsınızmı?"