Əlixan Musayev:
Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açıq olacaq və onun gözətçiləri onlara deyəcəklər: “Məgər öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzə qovuşacağınızla xəbərdar edən elçilər gəlməmişdi?” Onlar: “Əlbəttə, (gəlmişdi!)”– deyəcəklər. Lakin əzab Sözü kafirlər barəsində gerçəkləşdi.
Bünyadov-Məmmədəliyev:
Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və cəhənnəm gözətçiləri onlara deyəcəklər: “Məgər sizə öz içərinizdən Rəbbinizin ayələrini oxuyan, sizi bu gününüzə qovuşacağınızla qorxudan peyğəmbərlər gəlməmişdi?” Onlar isə: “Bəli (gəlmişdi), lakin əzab sözü (əzab hökmü biz) kafirlər barəsində vacib oldu!” – deyə cavab verəcəklər.
Elmir Quliyev
:
Тех, которые не уверовали, толпами погонят в Геенну. Когда они подойдут к ней, ее врата будут распахнуты, и ее стражи скажут им: "Разве не приходили к вам посланники из вас самих, которые читали вам аяты вашего Господа и предупреждали вас о встрече с этим днем вашим?" Они скажут: "Конечно!" Но сбылось относительно неверующих Слово о мучениях.
Ələddin Sultanov:
Kafirlər dəstələr halında cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora gəldikləri zaman onun qapıları açılacaq və oranın gözətçiləri onlara: “Sizə içinizdən sizin üçün Rəbbinizin ayələrini oxuyan və bu gününüzə qovuşacağınıza dair sizi xəbərdar edən peyğəmbərlər gəlməmişdimi?” - deyəcəklər. Onlar da: “Bəli!” - deyəcəklər. Lakin əzab sözü kafirlərin üzərinə vacib olmuşdur.
Kerbelayi Malik ağa:
Kafirlər dəstə-dəstə cəhənnəmə sürüklənəcəklər. Oraya gəldikləri zaman cəhənnəmin qapıları açılar. Cəhənnəmin gözətçiləri onlara deyərlər ki: ‘Sizə sizin aranızdan olan rəsullar gəlmədimi ki, sizə Rəbbinizin ayələrini oxusun, bu günə (bura) gələcəyinizi (söyləyərək) sizi xəbərdar etsin?’ (Cəhənnəmə gedənlər) dedilər ki: ‘Bəli (gəldilər).’ Lakin əzab sözü kafirlərin üzərinə haqq oldu.
Ələsgər Musayev:
Sürərlər o kəsləri ki, kafirdirlər, tərəfinə cəhənnəmin dəstədəstə.
Ta onda ki, gəldilər ora, qapıları açılar onun və deyərlər
onlara oranın gözətçiləri: «Ə, sizə gəlmədimi rəsullar sizin
özünüzdən, tilavat etdilər sizə ayətlərini Rəbbinizin və
nəzərinizə çatdırdılar sizin görüşünüzlə bu gününüzün?»
Deyərlər: «Bəli!» Lakin əzab kəlməsi haqq oldu üzərində
kafirlərin.
A.Mehdiyev və D.Cəfərli:
Kafirlər dəstə-dəstə Cəhənnəmə tərəf sürüklənəcəklər. Nəhayət, ora çatanda onun qapıları açılacaq və gözətçiləri (məzəmmətlə) onlara deyəcəklər: «Məgər sizə özünüzdən (öz cinsinizdən) Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu günün görüşündən qorxudan peyğəmbərlər gəlməmişdi?» Onlar deyərlər: «Bəli (gəlmişdilər), lakin (biz öz küfr və inadkarlığımıza israr etdik və nəhayət Allahın) əzab vədi kafirlərə qəti oldu.»
Kövsər Tağıyev:
İnkar edənlər dəstə-dəstə cəhənnəmə sövq edilərlər. Cəhənnəmə çatdıqları zaman oranın qapıları açılar və cəhənnəm gözətçiləri onlara belə deyərlər: “Sizə aranızdan Rəbbinizin ayələrini sizə oxuyan və bu gününüzə qovuşacağınıza dair sizi xəbərdar edən peyğəmbərlər gəlmədimi?” Onlar isə: “Bəli, gəldi”, – deyərlər. Lakin inkar edənlər haqqında əzab sözü gerçəkləşmişdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlər dəstə-dəstə cəhənnəmə sürüklənəcəklər. Onlar ora gələndə onun qapıları açılacaq və oranın gözətçiləri onlara deyəcəklər: "Məgər sizə öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və bugününüzə qovuşacağınızı xəbər verən peyğəmbərlər gəlməmişdi?" Onlar: "Bəli, (gəlmişdi)" - deyərlər. Lakin "əzab" sözü kafirlər üçün haqq oldu!
Sabirə Dünyamalıyeva:
Və kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] mütləq dəstə-dəstə cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatdıqda qapıları açılacaq. Və onun gözətçiləri onlara: "Aranızdan sizə Rəbbinizin ayələrini oxuyan, bu gününüzlə qarşılasacağınıza dair sizə xəbərdarlıq edən elçilər gəlmədimi?" deyəcəklər. Onlar: "Bəli, gəldi" deyəcəklər. -Lakin kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] üzərinə əzab sözü haqq oldu.-