Ənfal Surəsi 71. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər (əsirlər) sənə xəyanət etmək istəsələr, (bilin ki,) onlar bundan əvvəl Allaha xəyanət etmişdilər. (Allah möminlərə) onların öhdəsindən gəlməyə imkan vermişdi. Allah Biləndir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Əgər əsirlər sənə xəyanət etmək istəsələr, (bilsinlər ki) bundan (Bədr vuruşundan) əvvəl Allaha xəyanət etmişdilər. Allah (sənə Bədrdə olanlardan intiqam almağa) imkan verdi. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Elmir Quliyev :
Но если они захотят предать тебя, то ведь еще раньше они предали Аллаха, и Он отдал их во власть мусульманам. Аллах Знающий, Мудрый.
Ələddin Sultanov:
Əgər (əsirlər) sənə xəyanət etmək istəsələr, (bil ki,) onlar daha əvvəl Allaha da xəyanət etmişdilər. Buna görə (Allah sənə) onlara qarşı (öldürmə əsir tutma) imkanı verdi. Allah hər şeyi biləndir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Əgər onlar sənə xəyanət etmək istəyərlərsə, bu şəkildə daha əvvəl Allaha xəyanət etmişdilər, o zaman onlardan (onlara qarşı) sənə imkanlar verdi. Allah Alim (ən yaxşı bilən) Hakimdir (hökm hikmət sahibidir).
Ələsgər Musayev:
Əgər sənə xəyanət etmək istəyələr, fəqət bundan qabaq Allaha xəyanət etmişdilər O imkan verdi onlardan. Allah Alimdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Əgər (bu əsirlər) sənə xəyanət etmək (fidyə ilə azad olub yenidən digər müharibəyə başlamaq) istəsələr (bu, ilk dəfə olan deyil), bundan qabaq Allaha da xəyanət (küfr müharibə xəyanəti) etdilər. Buna görə (səni) onlara O hakim etdi. Allah bilən hikmətlidir.
Kövsər Tağıyev:
Əgər sənə xəyanət etmək istəsələr, (bil ki,) onlar daha əvvəl Allaha da xəyanət etmişdilər, Allah onlara qarşı (sənə) imkan vermişdi. Allah haqqı ilə biləndir, hökm hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar sənə xəyanət etmək istəsələr (məyus olma), axı onlar bundan əvvəl Allaha da xəyanət etmişdilər O, onlar üzərində (sənə) qələbə çaldırdı. Axı Allah hər şeyi biləndir hikmət sahibidir!
Sabirə Dünyamalıyeva:
əgər sənə xəyanət etmək istəsələr, yaxşı bilsinlər ki, bundan əvvəl onlar Allaha xəyanət etdilər, ancaq Allah, möminlərə onlardan çox imkan verdi. Allah, çox yaxşı biləndir, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir.