Əlixan Musayev:
Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar (insanlara) yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
Elmir Quliyev
:
Верующие мужчины и женщины являются помощниками и друзьями друг другу. Они велят совершать одобряемое и запрещают предосудительное, совершают намаз, выплачивают закят, повинуются Аллаху и Его Посланнику. Аллах смилостивится над ними. Воистину, Аллах — Могущественный, Мудрый.
Ələddin Sultanov:
Mömin kişilər və mömin qadınlar da bir-birlərinin dostudurlar. Onlar yaxşı işləri əmr edər, pis işləri qadağan edər, namazı qılar, zəkatı verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah onlara mərhəmət edəcəkdir. Şübhəsiz ki, Allah yenilməz qüvvət və hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Mömin kişilər və mömin qadınlar bir-birlərinin dostlarıdır. Maruf ilə əmr edər, münkəri (pis və çirkin əməlləri) qadağan edərlər, namazı qılarlar və zəkatı verərlər. Allah və Onun Rəsuluna itaət edərlər. Allah onlara rəhmət edəcək. Şübhəsiz ki, Allah Əzizdir, Hakimdir.
Ələsgər Musayev:
Möminlər və möminələr - bəzisi
onların bəzisinin dostudur; əmr edirlər mərifətlə və nəhy edirlər
bəyənilməyəndən və ayağa qalxırlar islahata və zəkat verirlər
paklanmaq üçün və itaət edirlər Allaha və Onun rəsuluna.
Həmin onlardır ki, Allah onlara rəhm edəcək. Həqiqətən, Allah
Əzizdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Mömin kişilər və möminə qadınlar bir-birlərinin dost, yardımçı və başçılarıdırlar. (Bir-birlərinə ağıl və şəriət baxımından) yaxşı (hesab edilən) iş görməyi əmr edir və (ağıl və şəriət baxımından) pis (sayılan) işdən çəkindirirlər, namaz qılır, zəkat verir və Allah və Onun Peyğəmbərinə itaət edirlər. Allahın tezliklə Öz rəhmətinə şamil edəcəyi kəslər onlardır. Həqiqətən Allah yenilməz qüdrət sahibi və (yaradılış, qanunvericilik və cəzalandırmaqda) hikmətlidir.
Kövsər Tağıyev:
Mömin kişilər və mömin qadınlar bir-birilərinin dostudurlar. Yaxşılığı əmr edər, pislikdən çəkindirərlər. Namazı doğru-düzgün qılar, zəkatı verərlər. Allaha və Rəsuluna itaət edərlər. Onlara Allah mərhəmət edəcək. Şübhəsiz, Allah mütləq güc sahibidir, hökm və hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Mömin kişi və mömin qadınlar bir-birlərinə dostdurlar. Onlar xeyir işlər buyurur və xoşagəlməz işlərdən çəkindirirlər. Onlar namaz qılır, zəkat verir, Allaha və On peyğəmbərinə itaət göstərirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah qüvvət hikmət sahibidir!
Sabirə Dünyamalıyeva:
İnanan kişilər və inanan qadınlar; onlardan bəziləri bəzilərinin himayəçi, yol göstərən yaxınlarıdır. Onlar hər kəs tərəfindən məqbul hesab edilən yaxşı şeyləri əmr edərlər, bütün pis şeylərdən çəkindirərlər, səlatı yerinə yetirərlər [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını qurub yaşadarlar], zəkatı/vergini verərlər, Allaha və Onun Elçisinə itaət edərlər. Bax onlar [ki var], Allah onlara rəhm edəcəkdir. Şübhəsiz ki, Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/[etdiyini] möhkəm edəndir.