Əlixan Musayev:
Onlar dedilər: “Padşahın piyaləsini itirmişik. Onu gətirənə bir dəvə yükü (ərzaq) veriləcək”. (Carçı): “Mən buna zaminəm!”– (dedi).
Bünyadov-Məmmədəliyev:
Onlar belə cavab verdilər: “Hökmdarın (qızıl) su qabını itirmişik. Onu tapıb gətirənə (muştuluq olaraq) bir dəvə yükü ərzaq veriləcək!” (Carçı: ) “Mən də buna zaminəm!” - (dedi).
Elmir Quliyev
:
Они сказали: "Мы потеряли чашу царя. Кто принесет ее, получит верблюжий вьюк. Я отвечаю за это".
Ələddin Sultanov:
Onlar dedilər: “Kralın su qabını itirmişik. Onu gətirənə bir dəvə yükü ərzaq veriləcək”. (Carçı dedi:) “Mən də buna zaminəm!”
Kerbelayi Malik ağa:
‘Hökmdarın su qabını itirdik.’ dedilər. Kim onu gətirsə ona bir dəvə yükü (taxıl) veriləcək. Mən buna zaminəm.
Ələsgər Musayev:
Dedilər:
«Məlikin su camını. Kim onu geri qaytarsa, ona bir dəvə yükü
veriləcək. Buna mən zaminəm!»
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Şahın ölçü qabını itirmişik. Onu gətirənə bir dəvə yükü (mükafat, yaxud zəhmət haqqı) veriləcəkdir və buna (mən carçı) özüm zaminəm».
Kövsər Tağıyev:
Onlar: “Hökmdarın su qabını itirmişik. Onu tapıb gətirənə bir dəvə yükü mükafat var. Mən buna zaminəm”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Dedilər: "Biz hakimin piyaləsini itirmişik. Kim onu gətirsə, ona bir dəvə yükü!" (Carçı): “Mən də buna zaminəm." -dedi.
Sabirə Dünyamalıyeva:
Məmurlar dedilər ki: "Hökmdarın su qabını itirmişik və onu gətirənə bir yük taxıl veriləcək. Mən də buna zaminəm."