Əlixan Musayev:
Onlar dedilər: “Biz heç vaxt səni bizə gələn bu aydın dəlillərdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən!
Bünyadov-Məmmədəliyev:
(Sehrbazlar) dedilər: “Biz heç vaxt səni bizə gələn bu açıq möcüzələrdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm edəcəksənsə, et. Sən ancaq bu dünyada hökm edə bilərsən!
Elmir Quliyev
:
Они сказали: "Мы не отдадим тебе предпочтения перед ясными знамениями, которые явились нам, и перед нашим Творцом. Выноси же свой приговор! Воистину, ты выносишь приговор только в мирской жизни.
Ələddin Sultanov:
Onlar dedilər: “Biz səni, bizə gələn açıq-aşkar möcüzələrdən və bizi yaradandan üstün tutmayacağıq. Ona görə də nəyə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən.
Kerbelayi Malik ağa:
’Bizə gələn möcüzələr qarşısında əsla səni üstün tutmarıq. Çünki bizi O, yaratdı. Bu vəziyyətdə sən edəcəyini et. Lakin sən ancaq bu dünya həyatında edərsən.’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Biz səni heç vaxt üstün tutmarıq bizə gələn aşkar
bəyanatdan və bizi yaradandan. Hökm et, nə ki, hökm edə
bilirsən. Sənin hökm etdiyin təkcə bu dünya həyatıdır.
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: Bizi yaradana and olsun ki, səni bizə gəlmiş aydın dəlillərdən (cansız əşyaların dirilmələri, hər şeyi udması və yenidən əvvəlki vəziyyətinə qayıtmasından) üstün tutmayacağıq. Buna görə də bacardığın hökmü (icra) et. Sən yalnız bu dünya həyatı barəsində hökm edə bilərsən.
Kövsər Tağıyev:
Sehrbazlar dedilər: “Biz əsla səni bizə gələn açıq-aydın dəlillərdən və bizi yaradandan üstün tutmayacağıq. Artıq sən verəcəyin hökmü ver. Sən ancaq bu dünya həyatında hökm verərsən”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar [sehrbazlar] dedilər: "Biz səni bizə gələn bu aydın dəlillərdən və bizi yaradandan üstün tutmayacağıq. Sən nə hökm verirsən ver. Sən ancaq bu dünya həyatı üçün hökm verə bilərsən.
Sabirə Dünyamalıyeva:
Nüfuzlu alimlər: "Bizə gələn bu açıq dəlillər və bizi yoxdan yaradan qarşısında qətiyyən səni üstün tutmarıq. İndi nə hökm edəcəksənsə et! Sən, ancaq bu fani dünya həyatına hökm edərsən.