Əlixan Musayev:
Kafirlərə açıq-aydın ayələrimiz oxunduqda sən onların üzündə nifrət görərsən. Onlar az qalırlar ki, ayələrimizi onlara oxuyanların üstünə cumsunlar. De: “Sizə bundan daha pisini xəbər verimmi? (Bu, )Cəhənnəmdir! Allah onu kafirlərə vəd etmişdir. O nə pis qayıdış yeridir!”
Bünyadov-Məmmədəliyev:
Ayələrimiz onlara açıq-aşkar surətdə oxunduğu zaman (yaxud açıq-aşkar ayələrimiz oxunduqda) kafir olanların çöhrəsində bir ikrah (nifrət) sezərsən. Onlar ayələrimizi oxuyanların üstünə az qala hücum çəksinlər. (Ya Rəsulum!) De: “Sizə bundan (Quran oxunduğu zaman etdiyiniz nalayiq hərəkətlərdən) daha pisini xəbər verimmi? – Cəhənnəm (odu)! Allah onu kafirlərə vəd etmişdir. O nə pis məskəndir! (Nə pis qayıdış yeridir!)”
Elmir Quliyev
:
Когда им читают Наши ясные аяты, ты видишь на их лицах отрицание. Они готовы наброситься на тех, кто читает им Наши аяты. Скажи: "Не поведать ли вам о том, что хуже этого? Это — Огонь, который Аллах обещал тем, которые не уверовали. Как же скверно это место прибытия!"
Ələddin Sultanov:
Ayələrimiz onlara açıq-aydın oxunduğu zaman kafirlərin üzlərində bir məmnuniyyətsizlik sezərsən. Az qalsın, onlara ayələrimizi oxuyanların üstünə hücum etsinlər. De ki: “Bundan daha pisini sizə xəbər verimmi? Cəhənnəm! Allah onu kafirlər üçün vəd etmişdir. O nə pis dönüş yeridir!”
Kerbelayi Malik ağa:
Onlara açıqlanmış ayələrimiz oxunduğu zaman kafirləri üzlərindəki nifrətdən tanıyarsan. Az qala ayələrimizi onlara oxuyanlara hücum edəcəklər. De ki: ‘Sizə bundan daha şərlisini xəbər verimmi?’ Allahın kafirlərə vəd etdiyi o, cəhənnəmdir. Nə pis gediləcək yerdir.
Ələsgər Musayev:
Onda ki, tilavat olunur üzərinə onların ayətlərimiz
aydınlıqla, arif olursan vəchlərində o kəslərin ki, kafirdirlər,
inkar. Az qalır ki, hücum etsinlər o kəslərə ki, ayətlərimizi
tilavat edir onlara. De: «Ə, xəbər verimmi sizə bundan daha
şərlisini? – Od! Vəd verdi onu Allah o kəslərə ki, kafirdirlər
və pis qayıdışdır!»
A.Mehdiyev və D.Cəfərli:
Bizim (tovhid və ilahi maarifin) aydın dəlillər(i) olan ayələrimiz onlara oxunan zaman küfr etmiş kəslərin üzündə inkar (əlamətləri) görərsən. Az qalır ayələrimizi onlara oxuyan kəslərə hücum etsinlər (və onları vursunlar). De: «Sizə bundan (bu qəzəb və narahatçılığınızdan) da pisini xəbər verimmi? (O,) Allahın küfr etmiş kəslərə vəd etdiyi oddur və (o,) pis sonluqdur.»
Kövsər Tağıyev:
Ayələrimiz onlara açıq-aydın oxunduğu zaman o kafirlərin üz ifadələrindən onların inkar içində olduqlarını anlayarsan. Onlar özlərinə ayələrimizi oxuyanlara az qalır ki, hücum çəksinlər. De ki: “İndi sizə bundan daha betərini xəbər verimmi? –Atəş! Allah onu kafirlərə vəd etmişdir. O nə pis mənzildir!”
M.Qənioğlu və T.Bilaloğlu:
Bizim ayələrimiz onlara [kafirlərə] aydın şəkildə oxunduqda sən onların üzündə kin-küdurət sezirsən. Onlar az qalırlar ki, ayələrimizi onlara oxuyanların üzərinə hücum çəkələr. De: "Sizə bundan da pisi haqqında xəbər verimmi? Cəhənnəm odu! Allah onu kafirlərə vəd etmişdir. Nə pis bir dönüş yeri!"
Sabirə Dünyamalıyeva:
Və ayələrimiz onlara açıq-aşkar oxunduğu zaman, küfr işləyən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] kəslərin üzlərində pis, eybəcər [bir şey] olduğu vəhy və ümumi ağıl tərəfindən qəbul edilən şeyləri [görüb] tanıyarsan. Az qala, onlara ayələrimizi oxuyan kəslərə hücum edəcəklər. De ki: "Yaxşı, sizə ondan daha pisini xəbər verimmi? Atəş! Allah Atəşi kafirlərə [Özünün məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] vəd etdi. O, necə də pis bir qayıdış yeridir!"