Əlixan Musayev:
De: “Bir deyin görək, əgər Allah gündüzü üstünüzdə qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud dincəldiyiniz gecəni sizə gətirə bilər? Məgər siz görmürsünüz?”
Bünyadov-Məmmədəliyev:
De: “Bir deyin görək, əgər Allah gündüzü qiyamətə qədər üstünüzə uzatsaydı, (haqq olan) Allahdan başqa hansı tanrı istirahət etdiyiniz gecəni sizə gətirə bilərdi?! Məgər (gecə ilə gündüzün bir-birinin əvəz etməsinin Allahdan sizə bir lütf olmasını) görmürsünüzmü?”
Elmir Quliyev
:
Скажи: "Как вы думаете, какой бог, кроме Аллаха, сможет принести вам ночь, чтобы вы могли отдохнуть во время нее, если Аллах продлит вам день до Дня воскресения? Неужели вы не видите?"
Ələddin Sultanov:
De: “Deyin görək, əgər Allah qiyamət gününə qədər gündüzü sizin üçün daimi etsəydi, Allahdan başqa hansı ilah dincəldiyiniz gecəni sizə gətirəcəkdi? Hələ də (haqqı) görmürsünüzmü?”
Kerbelayi Malik ağa:
De ki: ‘Gördünüzmü (düşündünüzmü?) Əgər Allah gündüzü sizin üzərinizdə qiyamətə qədər davamlı etsəydi, Allahdan başqa sizə içində dincəldiyiniz gecəni gətirəcək İlah kimdir? Hələ görməyəcəksinizmi?’
Ələsgər Musayev:
De: «?, gordunuzmu, ?g?r ed? Allah gunduzu uz?rinizd? qiyam?t gunun? q?d?r ?b?di – kimdir Ilahi Allahdan qeyri, g?tir? siz? gec?ni, sakin olas?n?z onda? ?, gormursunuzmu?
A.Mehdiyev və D.Cəfərli:
De: «Mənə deyin görüm, əgər Allah gündüzü sizin üçün (yer kürəsini dayandırmaqla) Qiyamət gününə kimi həmişəlik bərqərar etsəydi, yeganə Allahdan başqa hansı bir tanrı aramlıq tapdığınız gecəni sizə gətirə bilərdi? Məgər görmürsünüz?!»
Kövsər Tağıyev:
De ki: “Deyin görək, əgər Allah sizin üzərinizə gündüzü qiyamətə qədər daim etsəydi, Allahdan başqa hansı ilah sizə içində dincələcəyiniz bir gecə gətirə bilərdi? Hələ də görmürsünüzmü?”
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Bir deyin görək, əgər Allah gündüzü üzərinizdə qiyamət gününə qədər uzadarsa, Allahdan başqa hansı tanrı sizə bir gecə gətirə bilər ki, siz orada rahatlıq tapa biləsiniz? Məgər siz görmürsünüz?
Sabirə Dünyamalıyeva:
De ki: "Heç fikirləşirsinizmi, əgər Allah üstünüzdəki gündüzü qiyamət gününə qədər uzatsaydı, Allahdan başqa, istirahət etməyiniz üçün gecəni sizə gətirə bilən məbud kimdir? Hələ də görməyəcəksinizmi?"