Əhzab Surəsi 72. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz əmanəti göylərə, yerə dağlara təklif etdik. Onlar onu daşımaqdan (qorxub )imtina etdilər. Lakin insan onu boynuna götürdü. Doğrudan da, o, zalım cahildir.
Bünyadov-Məmmədəliyev:
Biz əmanəti (Allaha itaət ibadəti, şəri hökmləri yerinə yetirməyi) göylərə, yerə dağlara təklif etdik. Onlar ona yüklənməkdən (götürüb özləri ilə daşımaqdan) qorxub çəkindilər. Ona insan yükləndi. Həqiqətən, o çox zalım, çox cahildir. (İnsan bu ağır əmanəti götürməklə özünə zülm etdi cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi).
Elmir Quliyev :
Мы предложили небесам, земле и горам взять на себя ответственность, но они отказались нести ее и испугались этого, а человек взялся нести ее. Воистину, он является несправедливым и невежественным.
Ələddin Sultanov:
Həqiqətən, Biz əmanəti göylərə, yerə dağlara təklif etdik. Ancaq onlar bunu yüklənməkdən imtina etdilər ondan (məsuliyyətindən) qorxdular. İnsan onu yükləndi. Həqiqətən, o, çox zalım çox cahildir. (İnsana yüklənən əmanət təfsirçilər tərəfindən “düşünmə qabiliyyəti” kimi izah edilmişdir. Allah-Təala bu əmanəti insana verərək ona məsuliyyətlər yükləyir beləcə, onu sınaqdan keçirir.)
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Biz əmanəti göylərə, yerə dağlara təklif etdik. Onu yüklənməkdən çəkindilər ondan qorxdular. İnsan onu yükləndi. Şübhəsiz ki, o, çox zalımdır, çox cahildir.
Ələsgər Musayev:
Biz əmanəti səmalara ərzə dağlara göstərdik, onlar imtina etdilər onunla yüklənməkdən titrədilər ondan. Insan isə onunla yükləndi. Həqiqətən, o, zalim cahil oldu!
A.Mehdiyev və D.Cəfərli:
Biz əmanəti (iman təqvadan hasil olan uca, mənəvi insani kamallara yetişməyi) göylərə, yerə dağlara təklif etdik (onların bunu götürmək qabiliyyətlərini ölçdük), onlar onu (öz öhdələrinə) götürməkdən boyun qaçırtdılar qorxdular (onlarda belə bir şeylə vəsflənmək səlahiyyəti olmadı hallarının dili ilə qorxu izhar etdilər) insan onu boynuna götürdü (onda zati bir səlahiyyət var idi, beləliklə təbiəti cəhətdən onu qəbul etdi buna görə səmavi dini peyğəmbərlərin vasitəsilə onun öhdəsinə qoyduq) həqiqətən, o (təbiətən özünə) zülm edən (yüklənməsinin aqibətlərindən) cahil idi.
Kövsər Tağıyev:
Şübhəsiz, biz əmanəti göylərə, yerə dağlara təklif etdik, onlar onu yüklənmək istəmədilər, ondan çəkindilər. Onu insan yükləndi. Çünki o, çox zalımdır, çox cahildir.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz əmanəti [Allahın hökmlərini] göylərə, yerə dağlara təklif etdik, onlar isə ona həqiqətən yüklənməkdən imtina etdilər, ondan qorxdular. Ona insan yükləndi. Həqiqətən, o, çox haqsızlıq edən çox cahil idi, -
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Biz əmanəti [bütövlüyü, qüsursuzluğu, mükəmməlliyi] göylərin, yerin dağların üzərinə sərdik, yaydıq, ancaq onlar onu daşımağı/gizləməyi, tanınmaz hala gətirməyi, gözdən salmağı qəbul etmədilər [öz üstlərinə götürmədillər], bütünlüyün, qüsursuzluğun, mükəmməlliyin götürülüb aparılmasından, tanınmaz hala gətirilməsindən qorxdular. onu insan daşıdı/gizlədi, tanınmaz hala gətirdi, gözdən saldı [ona xəyanət etdi]. Şübhəsiz ki, insan, çox səhv hərəkət edən; öz zərərinə olan əməli işləyən çox cahildir.