Nisa Surəsi 72. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İçərinizdə elələri var ki, (cihada çıxdıqda) (özlərini) yubandırar sizə bir müsibət üz vermiş olduqda: “Allah mənə mərhəmət göstərdi ki, mən onlarla birlikdə (bəlaya düçar) olmadım”– deyər.
Bünyadov-Məmmədəliyev:
Aranızda elələri (münafiqlər) vardır ki, (siz cihada çıxdıqda) ağır tərpənər əgər sizə bir müsibət üz versə: “Allah mənə lütf etdi ki, onlarla birlikdə (döyüşdə) olmadım”, - deyər.
Elmir Quliyev :
Воистину, среди вас есть такой, который задержится, и если вас постигнет несчастье, то он скажет: "Аллах оказал мне милость тем, что я не присутствовал рядом с ними".
Ələddin Sultanov:
Sizdən elələri var ki, (cihada çıxdığınız zaman) ağır tərpənər əgər sizə bir müsibət üz verərsə, belə deyər: “Allah mənə lütf etdi ki, mən onlarla birlikdə olmadım”. (Yuxarıdakı ayədə qeyd edilən “ağır tərpənərlər” ifadəsindən məqsəd müxtəlif bəhanələr gətirərək cihada çıxmaq istəməyən başqalarının da cihada çıxmasına mane olmaq istəyən münafiqlərdir.)
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, sizdən bəziləri mütləq ağır tərpənər (döyüşə çıxmaqda gecikər), sonra da əgər sizə bir müsibət üz versə: ‘Allah məni nemətləndirdi, o zaman mən onlarla birlikdə şəhid olmadım.’ deyər.
Ələsgər Musayev:
Həqiqətən, sizdən kəs var ki, arxada qaldı. əgər isbat edə sizə müsibət, dedi: «Əlbəttə, neməti Allahın üzərimə, onda olmadım onlarla şahid».
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, sizin aranızda (cihada yola düşməkdə) ağır tərpənən (və başqalarını da ağır tərpənməyə vadar edən), beləliklə sizə bir müsibət üz verdikdə «Allah mənə lütf kömək etdi ki, orada onlarla birgə olmadım» deyən var.
Kövsər Tağıyev:
Şübhəsiz, aranızda elə kimsələr var ki, (onların hər biri savaşa getmək barəsində) həqiqətən, çox ağır tərpənir. Əgər başınıza bir müsibət gəlsə: “Allah mənə lütf etdi ki, onlarla birlikdə olmadım”, deyər.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizlərdən eləsi var ki, mütləq ləngiyib geri qalar sizin başınıza bir gələrsə, deyər "Allah mənə yaxşılıq etdi, belə ki, mən onlarla birlikdə (o müsibətlərin) şahidi olmadım.”
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, sizdən bir qisimi həqiqətən ağır tərpənir. Sonra sizə bir müsibət üz versə: "Həqiqətən Allah mənə lütf etdi ki, onlarla birlikdə şahid olmadım" deyər.