Əlixan Musayev:
Həqiqətən, iman gətirən, hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edən (mühacirlər) və sığınacaq verib köməklik göstərən (ənsarlar) – məhz onlar bir-birinin dostlarıdır. İman gətirən, lakin hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyincə siz onları himayə etməyə borclu deyilsiniz. Əgər onlar din uğrunda sizdən kömək istəsələr, sizinlə aralarında müqavilə olan bir camaat əleyhinə (yardım) istisna olmaqla, kömək etməyiniz gərəkdir. Allah sizin nə etdiklərinizi görür.
Bünyadov-Məmmədəliyev:
İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər (mühacirlər) və (Peyğəmbərlə mühacirlərə) sığınacaq verib kömək istəyənlər (ənsar) – məhz onlar bir-birinə dostdurlar (varisdirlər). İman gətirib hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyənə qədər sizin heç bir şeydə onlara varisliyiniz yoxdur (onların dostluğundan sizə heç bir mənfəət və ya qohum olsanız belə, aranızda heç bir varislik yoxdur). Lakin əgər onlar din yolunda (kafirlərə qarşı) sizdən kömək istəsələr, aranızda saziş olan bir tayfa əleyhinə yardım istisna olmaqla, onlara kömək göstərmək sizə vacibdir. Allah nə etdiklərinizi görəndir!
Elmir Quliyev
:
Воистину, те, которые уверовали, совершили переселение и сражались своим имуществом и своими жизнями на пути Аллаха, а также те, которые дали убежище мухаджирам и оказали помощь, являются помощниками и друзьями друг другу. Если же люди уверовали, но не совершили переселения, то вы не обязаны защищать их, пока они не совершат переселения. Если они попросят вас о помощи в делах религии, то вы должны помочь, если только эта помощь не направлена против народа, с которым вы заключили договор. Аллах видит то, что вы совершаете.
Ələddin Sultanov:
Şübhəsiz ki, iman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər və (mühacirlərə) sığınacaq verib yardım edənlər bir-birinin dostudurlar. İman gətirdikləri halda hicrət etməyənlərə gəldikdə, onlar hicrət edənə qədər sizə onların mirasından heç bir pay yoxdur. Əgər onlar din mövzusunda sizdən yardım istəsələr, sizinlə müqaviləsi olan bir tayfa əleyhinə olmaması şərtilə onlara yardım etmək sizin borcunuzdur. Allah sizin etdiklərinizi görür.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, amənu olan və hicrət edən və mallarıyla və nəfsləriylə (canlarıyla) Allah yolunda cihad edənlərlə (onları) himayə edən və yardım edənlər bir-birlərinin dostlarıdır. Onlar hicrət edənə qədər onların himayə edilməsi üçün sizin üzərinizdə heç bir məsuliyyət yoxdur. Əgər onlar din barəsində sizdən kömək istəyərlərsə, sizin və onların arasında bir misaq (əhd-peyman, müqavilə) olması istisna olmaqla, o zaman kömək (etmək) üzərinizədir (üzərinizə fərzdir). Allah etməkdə olduğunuz şeyləri görəndir.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, inanırlar və hicrət ediblər və cihad edirlər Allah yolunda malları ilə və öz nəfsləri ilə və o kəslər ki, yer verib və yardım edirlər - həmin onlardır ki, bəzisi onların bəzisinin dostudur. O kəslər ki, inanırlar və hicrət etmirlər, heç bir şeydən onların dostluğundan sizin üçün yoxdur, ta onlar hicrət etməyələr! Əgər sizdən dində yardım istəsələr, aranızda andlaşma olan qoumun ziddinə olmasa, onlara yardım etməlisiniz. Allah nə ilə ki, əməldəsiniz, Bəsirdir!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, iman gətirən, (Mədinəyə) hicrət edən və Allah yolunda öz malları və canları ilə cihad edən kəslərlə (Mədinə əhalisindən) (mühacirlərə) yer və pənah verən və kömək edənlər bir-birlərinin qəyyumudurlar (onların arasında dostluq, qarşılıqlı yardım və irs əlaqələri vardır). Sizin iman gətirib hicrət etməyən kəslərlə, onlar hicrət edənə kimi heç bir bağlılığınız yoxdur. Əgər din işləri barəsində sizdən kömək istəsələr, sizinlə aralarında (düşmənçiliyin ləğvi barəsində) əhd-peyman olan dəstənin zərərinə olan (kömək) istisna olmaqla, onlara kömək etmək sizin vəzifənizdir. Allah etdiklərinizi görəndir.
Kövsər Tağıyev:
İman edib hicrət edən və Allah yolunda malları ilə, canları ilə cihad edənlər və (mühacirlərə) sığınacaq verib (onlara) yardım edənlər ki var, onlar bir-birilərinin dostudurlar. İman edib hicrət etməyənlərə gəlincə, hicrət edənə qədər onların vəlayətləri sizə aid deyil. Əgər din barəsində sizdən yardım istəsələr, – sizinlə aralarında sözləşmə olan bir qövmün əleyhinə olmadıqca – yardım etmək sizin borcunuzdur. Allah etdiklərinizi haqqı ilə görəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
İman gətirənlər, hicrət edənlər, öz malları və canları ilə Allah yolunda cihad edənlər (onlara) sığınacaq verib kömək edənlər bunlar bir-birlərinə dostdurlar. İman gətirmiş, lakin hicrət etməmiş kəslər isə hicrət etməyincə onların dostluğundan sizə bir fayda yoxdur. Əgər onlar din yolunda sizdən kömək istəsələr və (bu), aranızda ittifaq olan adamlara qarşı deyilsə, yardım etməlisiniz. Axı Allah nə etdiklərinizi görür.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz iman etmiş, öz yurdlarından köç etmiş, Allah yolunda malları və canları ilə döyüşən və sığınacaq verib kömək edən kəslər; bəli məhz bunlardan bəzisi bəzisinin köməkçi, yol göstərən, himayəçi yaxınıdır. İnanan və hicrət etməyən kəslərə gəldikdə, hicrət edənə qədər onlarla yaxınlığınız yoxdur. Və din uğrunda kömək istəsələr, sizinlə aralarında əhd olan bir tayfanın zərərinə olmamaqla, onlara kömək etməlisiniz. Və Allah, etdiklərinizi çox yaxşı görəndir!