Yunus Surəsi 73. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar onu yalançı hesab etdilər. Biz onu onunla birlikdə gəmidə olanları xilas etdik, onları (yer üzünə) xələflər təyin etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırdıq. Bir gör qorxudulanların aqibəti necə oldu!
Bünyadov-Məmmədəliyev:
Onlar yenə Nuhu yalançı hesab etdilər. Biz Nuha onunla birlikdə gəmidə olanlara nicat verdik, onları (yer üzünə) varislər (xələflər) etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırıb boğduq. Bir gör (əzabla) qorxudulanların (lakin yola gəlməyənlərin) axırı necə oldu!
Elmir Quliyev :
Они сочли его лжецом, и Мы спасли его и тех, кто был с ним, в ковчеге. Мы сделали их преемниками и потопили тех, кто отвергал Наши знамения. Посмотри же, каким был конец увещеваемых!
Ələddin Sultanov:
Onlar yenə Nuhu yalanladılar. Beləcə, onu onunla birlikdə gəmidə olanları xilas etdik. Onları (yer üzünün) varisləri etdik. Ayələrimizi yalanlayanları isə suda boğduq. Bax gör, xəbərdar edilənlərin sonu necə oldu!
Kerbelayi Malik ağa:
Lakin onu yalanladılar. Sonra Biz onu gəmidə onunla birlikdə olanları xilas etdik. Onları xəlifələr etdik ayələrimizi yalanlayan kəsləri (suda) boğduq. Artıq bax gör, xəbərdar edilənlərin sonu necə oldu.
Ələsgər Musayev:
Yalançı saydılar onu Biz nicat verdik ona kim ki, gəmidə onunla var idi Biz onları xəlifələr etdik qərq etdik o kəsləri ki, yalan saydılar ayətlərimizlə Bizi. Nəzər sal necə oldu aqibəti nəzərlərinə çatdırılanların!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, onu təkzib etdilər. Biz ona gəmidə onunla birgə olanlara (o böyük tarixi tufandan) nicat verdik onları (həlak olanların) canişinlər(i) etdik. Bizim ayə nişanələrimizi təkzib edənləri suda batırdıq. Buna görə qorxudulmuşların aqibətinin necə olduğuna bax!
Kövsər Tağıyev:
De ki: “Allahın lütfü rəhməti ilə yalnız bunlarla sevinsinlər. Bu, onların yığdıqlarından daha xeyirlidir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar isə onu yalançı hesab etdilər. Biz onu onunla birlikdə gəmidə olanları xilas etdik onları (yer üzünün) varisləri etdik. Ayələrimizi yalan hesab edənləri isə qərq etdik. Gör xəbərdarlıq edilənlərin aqibəti necə oldu.
Sabirə Dünyamalıyeva:
Buna baxmayaraq, yenə onu təkzib etdilər. Biz onu gəmidə onunla birgə olanları xilas etdik. onları gedənlərin yerinə gətirdik. Ayələrimizi [işarətlərimizi/nişanələrimizi] təkzib edənləri isə suya qərq etdik. Xəbərdarlıq edilən o kəslərin aqibətinin necə olduğuna bir bax.