Məryəm Surəsi 73. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlara açıq-aydın ayələrimiz oxunduğu zaman kafirlər möminlərə deyərlər: “Bu iki firqədən hansının məqamı daha yaxşı, məclisi daha gözəldir?”
Bünyadov-Məmmədəliyev:
Ayələrimiz özlərinə açıq-aşkar oxunduğu zaman kafir olanlar iman gətirənlərdən: “Bu iki tayfadan hansının (bizim, yoxsa sizin) məqamı daha yaxşı, hansının məclisi daha gözəldir?” deyə soruşarlar.
Elmir Quliyev :
Когда им читают Наши ясные аяты, неверующие говорят верующим: "Какая из двух групп занимает более высокое положение и более достойное место?"
Ələddin Sultanov:
Ayələrimiz onlara açıq-aşkar oxunduğu zaman inkar edənlər iman gətirənlərə: “İki qrupdan hansının (hansımızın) məqamı daha yaxşı, məclisi daha gözəldir?” - demişdilər.
Kerbelayi Malik ağa:
Ayələrimiz onlara bəyan edilərək oxunduğu zaman kafirlər amənu olanlara belə dedilər: ‘İki qrupdan hansı məqam baxımından daha xeyirli məclis baxımından daha gözəldir?’
Ələsgər Musayev:
Onda ki, tilavat olunur üzərinə onların ayətlərimiz bəyanatla, dedi o kəslər ki, kafirdirlər, o kəslər üçün ki, inanırlar: «Bu iki firqənin hansı daha xeyirlidir məqamca yaxşıdır tərkibcə?»
A.Mehdiyev və D.Cəfərli:
Bizim aşkar (tovhid) nişanələrimiz (kitabımızdakı) aydın ayələrimiz onlara oxunan zaman küfr etmiş kəslər (lovğalanaraq) iman gətirmiş kəslərə «(biz) iki dəstədən hansı biri(miz) məqam, mənsəb, yer məkan baxımından daha yaxşı, məclisin fəzilət, kəramət təntənəsi baxımından daha gözəldir?!» deyərlər.
Kövsər Tağıyev:
Ayələrimiz onlara açıq-aydın oxunduğu zaman inkar edənlər iman edənlərə: “İki firqədən hansının məqamı daha xeyirli, məclisi daha gözəldir?” dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara aydın ayələrimiz oxunanda kafirlər iman gətirənlərə deyərlər:" Bu iki dəstədən [möminlər kafirlərdən] hansı məqamca daha yaxşıdır ətrafındakılar baxımından daha gözəldir?”
Sabirə Dünyamalıyeva:
ayələrimiz onlara açıq-aşkar oxunduğu zaman, o kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən o kəslər] iman edən kəslərə: "Bu iki dəstədən [möminlərlə Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlər] hansının yeri, mövqeyi daha yaxşı, oturub-durduğı kəslər/təşkilatları daha gözəldir?" dedilər.