Zümər Surəsi 73. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq onun gözətçiləri onlara deyəcəklər: “Sizə salam olsun! Xoş sizin halınıza! Əbədi qalmaq üçün buraya daxil olun!”
Bünyadov-Məmmədəliyev:
Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq (cənnət) gözətçiləri (onlara): “Salam əleykum! (Sizə salam olsun!) Xoş gəldiniz! Əbədi qalacağınız Cənnətə daxil olun!” deyəcəklər.
Elmir Quliyev :
А тех, которые боялись своего Господа, толпами проводят в Рай. Когда они приблизятся, и его врата распахнутся, его стражи скажут им: "Мир вам! Вы были хороши. Входите же сюда навечно!"
Ələddin Sultanov:
Rəbbindən qorxanlar isə dəstə-dəstə cənnətə gətiriləcəklər. Nəhayət, onlar ora çatdıqları zaman qapıları açılacaq gözətçiləri onlara: “Sizə salam olsun! Xoş gəldiniz! Əbədi qalmaq üzrə bura daxil olun!” - deyəcəklər.
Kerbelayi Malik ağa:
Rəblərinə qarşı təqva sahibi olanlar dəstə-dəstə cənnətə gətirilirlər. Cənnətə gəldikləri zaman cənnətin qapıları açılar. Cənnətin gözətçiləri onlara: ‘Səlamun əleykum, siz təmizə çıxdınız elə isə əbədi olaraq cənnətə girin’ deyərlər.
Ələsgər Musayev:
sürərlər o kəsləri ki, qorxurdular Rəblərindən, tərəfinə cənnətin dəstə-dəstə. Ta onda ki, gəldilər, açılar qapıları onun deyərlər onlara oranın gözətçiləri: «Salam üzərinizə sizin! Xoş gəlmisiniz daxil olun ora həmişəlik qalmaq üçün!»
A.Mehdiyev və D.Cəfərli:
Rəbblərindən qorxanlar (isə) dəstə-dəstə cənnətə tərəf aparılarlar. Nəhayət ora çatanda onun qapıları (daxil olmaq üçün onların üzünə) açılar. Onun gözətçiləri onlara deyərlər: «Salam olsun sizə! (Həm cism, həm ruh baxımından) pak oldunuz. Buna görə əbədi məskunlaşmaq üçün ora daxil olun!»
Kövsər Tağıyev:
Rəblərinə qarşı gəlməkdən çəkinənlər isə dəstə-dəstə cənnətə sövq edilərlər. Cənnətə çatdıqları zaman oranın qapıları açılar cənnət gözətçiləri onlara belə deyər: “Salam olsun sizə! Tərtəmiz oldunuz. Əbədi qalmaq üzrə girin buraya!”
M.Qənioğlu və T.Bilaloğlu:
Öz Rəbbindən qorxanlar isə dəstə-dəstə cənnətə gətirələcəklər. Onlar ora gələndə onun qapıları açılacaq oranın gözətçiləri onlara deyəcəklər: "Sizə salam olsun! Siz xeyirə qovuşdunuz! Əbədi qalmaq üçün buraya daxil olun!"
Sabirə Dünyamalıyeva:
Allahın mühafizəsi altına daxil olan kəslər həqiqətən cənnətə dəstə-dəstə gətiriləcək. Nəhayət, ora çatdıqları, qapılar açıldığı gözətçilər onlara: "Salam sizlərə, tərtəmiz gəlmisiniz!" dediyi zaman "Əbədi qalmaq üzrə haydı girin ora!" deyiləcəkdir.