Əraf Surəsi 73. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Səmud qövmünə qardaşları Salehi (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa ilahınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın dəlillər gəldi. Allahın (qayadan çıxartdığı) bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Onu buraxın Allahın torpağında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi üzücü bir əzab yaxalayar.
Bünyadov-Məmmədəliyev:
Səmud tayfasına da qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi (maya) dəvəsi sizin üçün (peyğəmbərliyimi təsdiq edən) bir möcüzədir. Buraxın Allahın torpağında otlasın, ona pislik etməyin, yoxsa çox şiddətli bir əzaba düçar olarsınız!
Elmir Quliyev :
Мы отправили к самудянам их брата Салиха. Он сказал: мой народ! Поклоняйтесь Аллаху, ибо нет у вас другого божества, кроме Него. К вам явилось ясное знамение от вашего Господа. Эта верблюдица Аллаха является знамением для вас. Позвольте ей пастись на земле Аллаха и не причиняйте ей зла, а не то вас постигнут мучительные страдания.
Ələddin Sultanov:
Səmud qövmünə qardaşları Salehi (peyğəmbər) göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur! Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəlmişdir. Bu, sizin üçün bir möcüzə olaraq Allahın (göndərdiyi) dişi dəvəsidir. Onu buraxın Allahın torpağında otlasın. Ona pislik etməyin, yoxsa sizə acı bir əzab toxunar! (Allah Saleh peyğəmbəri Səmud qövmünə peyğəmbər göndərdikdən sonra onlar belə deyirdilər: “Əgər sən həqiqətən peyğəmbərsənsə, dua et ki, bu qayanın içindən bir dəvə çıxsın. O zaman sənin peyğəmbərliyinə inanarıq”. Saleh peyğəmbər dua edir Allah möcüzə olaraq istədikləri dəvəni həmin qayadan çıxardır. Bu möcüzəni görənlərin bir qismi iman gətirsə də, bir qismi yenə küfrlərinə davam edir. Saleh peyğəmbər qövmündən dəvəyə zərər verməmələrini ona dəyib-dolaşmamalarını tələb edir. Ancaq onlar həmin dəvəni kəsərək öldürürlər. Buna görə də, Saleh peyğəmbər o bölgədən hicrət edir, inkar edən qövmü isə şiddətli bir zəlzələ ilə məhv edilir.)
Kerbelayi Malik ağa:
Səmud (qövmünə) onların qardaşı Saleh belə dedi: ‘Ey qövmüm! Allaha qul olun. Sizin üçün Ondan başqa ilah yoxdur. Rəbbinizdən sizə bir möcüzə (dəlil, isbat vasitəsi) gəlmişdir. Bu Allahın dişi dəvəsidir. Sizin üçün bir ayədir (möcüzədir). Onu Allahın torpağında (sərbəst) buraxın otlasın, ona pisliklə (pis niyyətlə) toxunmayın, yoxsa sizi əlim bir əzab yaxalayar.’
Ələsgər Musayev:
Səmud tərəfə onların qardaşı Salehi. Dedi: «Ay qoumum! Ibadət edin Allaha. Sizin üçün Ondan qeyri Ilahi yoxdur. Rəbbinizdən sizin üçün bəyanat gəldi: bu, Allahın dəvəsi sizin üçün ayətdir. Buraxın onu otlasın Allahın ərzində ona pisliklə toxunmayın ki, ələmli əzab sizə yetişməsin!
A.Mehdiyev və D.Cəfərli:
Səmud (qövmünə) onların (qəbilə ya qan) qardaşı Salehi (göndərdik). O, dedi: «Ey mənim qövmüm, Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir məbud yoxdur. Şübhəsiz, sizin üçün Rəbbiniz tərəfindən bir dəlil-sübut gəlmişdir. Bu, Allahın (tovhid, qüdrət rəhmətindən) sizin üçün bir nişanə olan dişi dəvəsidir. Buna görə onu buraxın Allahın (yaratdığı) yer üzündə otlasın, ona zərər ziyan vurmayın, yoxsa sizi ağrılı bir əzab yaxalayar».
Kövsər Tağıyev:
Səmud qövmünə qardaşları Salihi peyğəmbər olaraq göndərdik. Dedi ki: “Ey qövmüm! Allaha qulluq edin. Sizin üçün Ondan başqa bir ilah yoxdur. Həqiqətən, sizə Rəbbinizdən (mənim bir peyğəmbər olduğumu göstərən) açıq-aydın bir dəlil gəldi. Budur sizə bir möcüzə olaraq Allahın bu dəvəsi! Buraxın onu, Allahın mülkündə yesin, içsin. Ona bir pislik etməyin. Yoxsa sizi ağrılı-acılı bir əzab yaxalayar”.
M.Qənioğlu və T.Bilaloğlu:
Səmud camaatına isə qardaşları Salehi (göndərdik). O dedi: "Ey camaatım, Allaha ibadət edin? Sizin Ondan başqa bir tanrınız yoxdur. Rəbbinizdən sizə aşkar bir dəli gəlmişdir; bu, Allahın sizin üçün bir möcüzə olan dişi dəvəsidir. Qoyun o, Allahın yeri üzərində otlasın. Ona pislik etməyin, yoxsa sizi üzücü bir əzab tutar.
Sabirə Dünyamalıyeva:
And olsun ki, Biz, Səmuda da qardaşları Salehi elçi olaraq göndərdik. O dedi ki: "Ey qövmüm! Allaha bəndəlik edin, sizin üçün Ondan başqa bir məbud yoxdur. Sizə Rəbbinizdən açıq-aşkar bir sübut gəldi. Bax bu, Allahın dəvəsi/sosial yardım köməkləşmə prinsipi, sizin üçün bir ayədir; qoyun o, Allaha məxsus yer üzündə yerin, aman, ona pislik etməyin, yoxsa sizi üzücü bir əzab yaxalayacaqdır.