Əlixan Musayev:
İbrahimdən qorxu çəkildikdə və ona müjdə gəldikdə Lut qövmü barəsində Bizimlə mübahisə etməyə başladı.
Bünyadov-Məmmədəliyev:
İbrahimin qorxusu çəkildikdə və ona (İshaqın doğulacağı haqqında) müjdə gəldikdə Lut tayfası barəsində Bizimlə (mələklərimizlə) mübahisə etməyə başladı. (Əzabın onlardan dəf edilməsini istədi).
Elmir Quliyev
:
Когда страх Ибрахима (Авраама) прошел и он услышал радостную весть, он стал препираться с Нами за народ Лута (Лота).
Ələddin Sultanov:
İbrahimin qorxusu keçib ona (İshaqın doğulacağı haqqında) müjdə gəldikdən sonra o, Lut qövmü barəsində Bizimlə (elçilərimizlə) mübahisə etməyə başladı. (Mələklərin oradan çıxdıqdan sonra Lut qövmünü məhv etməyə gedəcəklərini öyrəndiyi zaman İbrahim peyğəmbər onlarla bu məsələni müzakirə etmişdi. Çünki Həzrət İbrahim kafirlərə gələcək əzabın Lut peyğəmbər və ona iman gətirənlərə də zərər verəcəyindən qorxurdu.)
Kerbelayi Malik ağa:
Artıq İbrahimdən (ə.s) qorxu gedib, ona müjdə gəldiyi zaman Lut qövmü haqqında Bizimlə mübahisəyə başladı.
Ələsgər Musayev:
Və amma elə ki,
getdi Ibrahimdən həyacan və ona bəşarət gəldi, Lut qoumunun
barəsində Bizimlə mübahisəyə başladı.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, elə ki, İbrahimin qorxusu getdi və (övlad) müjdə(si) ona yetişdi, Lut qövmü barəsində bizim (mələklərimiz)lə söhbət və mübahisə etməyə başladı.
Kövsər Tağıyev:
İbrahimin qorxusu gedib ona müjdə gəldikdə Lut qövmü haqqında bizim (elçilərimiz)lə mübahisə etməyə başladı.
M.Qənioğlu və T.Bilaloğlu:
İbrahimdən qorxu çəkiləndən və ona müjdə gələndən sonra isə o, Bizimlə [mələklərimizlə] Lut camaatı barəsində mübahisəyə başladı.
Sabirə Dünyamalıyeva:
Sonra İbrahimin qorxusu əməlli-başlı keçib getdikdə və ona müjdə verildikdə, Bizimle Lut qövmü haqqında mübahisəyə başladı.