Əlixan Musayev:
Əgər Biz səni (dinində) sabit saxlamasaydıq, əlbəttə, azca da olsa onlara meyl edəcəkdin.
Bünyadov-Məmmədəliyev:
Əgər Biz sənə səbat verməsəydik, yəqin ki, az da olsa, onlara uyacaqdın!
Elmir Quliyev
:
Мы поддержали тебя, когда ты готов был уже немного склониться на их сторону.
Ələddin Sultanov:
Əgər sənə səbat verməsəydik, az qalsın bir az onlara meyil edəcəkdin.
Kerbelayi Malik ağa:
Səni səbat etdirməsəydik and olsun ki, sən onlara bir az meyl edərdin.
Ələsgər Musayev:
Əgər Biz səni sabit etməsəydik,
yaxın idi onlara meyl edəsən şeynən az.
A.Mehdiyev və D.Cəfərli:
Və əgər səni (məsumluq məqamı və mələklərin mühafizəsi ilə) möhkəm və sabitqədəm etməsəydik, həqiqətən az qalmışdı ki, onlara tərəf azacıq meyl edəsən.
Kövsər Tağıyev:
Əgər biz sənə səbat verməsəydik, az qala bir az onlara meyl edəcəkdin.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Biz səni möhkəmləndirməsəydik, az qala sən onlara azacıq da olsa meyl edəcəkdin.
Sabirə Dünyamalıyeva:
Və əgər Biz, sənə səbat verməsəydik, həqiqətən onlara bir azca meyl edəcəkdin.