Əlixan Musayev:
O gün Allah onları çağırıb: “İddia etdiyiniz şəriklərim haradadırlar?”– deyəcəkdir.
Bünyadov-Məmmədəliyev:
O gün (qiyamət günü Allah müşriklərə) müraciət edib belə buyuracaqdır: “Şəriklərim olduqlarını iddia etdikləriniz (bütlər, tanrılar) haradadırlar?”
Elmir Quliyev
:
В тот день Он воззовет к ним и скажет: "Где же Мои сотоварищи, о существовании которых вы предполагали?"
Ələddin Sultanov:
O gün Allah onlara səslənərək: “Mənim şəriklərim olduğunu iddia etdikləriniz haradadır?” - deyəcəkdir.
Kerbelayi Malik ağa:
O gün (Allah) onlara nida edəcək: ‘Zənn etdiyiniz şəriklərim haradadır?’ deyəcək.
Ələsgər Musayev:
O gun ki, cag?rar onlar? v? dey?r: «Haradad?r M?nim s?rikl?rim – o k?sl?r ki, guman edirdiniz?»
A.Mehdiyev və D.Cəfərli:
Və (yada sal) o günü ki, (Allah) onlara xitab edib deyəcəkdir: «(Tanrılıq, ibadət və ya itaətdə Mənimlə şərik olduqlarını) güman etdiyiniz o şəriklər (bütlər, ulduzlar, cinlər və başqaları) haradadırlar?!»
Kövsər Tağıyev:
Allahın onlara səslənərək: “Hanı sizin var olduğunu iddia etdiyiniz şəriklərim?” – deyəcəyi günü xatırla.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü Allah onları səsləyib: "(Mənə qoşmaq) iddiasında olduğunuz şəriklər hanı?" - deyəcəkdir.
Sabirə Dünyamalıyeva:
Və o gün Allah onlara səslənib deyər ki: "Yanlış əməl işləyərək inandığınız şəriklərim hanı?"