Əlixan Musayev:
Onlar deyəcəklər: “Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allaha həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir!”
Bünyadov-Məmmədəliyev:
Onlar isə: “Bizə verdiyi vədini yerinə yetirmiş və bizi bu yerə varis etmiş Allaha həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. (Dünyada yaxşı) əməllər edənlərin mükafatı necə də gözəldir!” – deyəcəklər.
Elmir Quliyev
:
Они скажут: "Хвала Аллаху, Который дал нам правдивое обещание и позволил нам унаследовать райскую землю. Мы можем поселиться в Раю, где пожелаем. Как же прекрасна награда тружеников!"
Ələddin Sultanov:
Cənnətliklər: “Bizə verdiyi vədinə sadiq qalan və bizi cənnətdə məskunlaşdığımız yerin varisi edən Allaha həmd olsun! Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!” - deyəcəklər.
Kerbelayi Malik ağa:
Cənnətliklər dedilər ki: ‘Həmd vədinə sadiq olan Allaha məxsusdur. (Cənnətdəki) bu yerə bizi varis etdi. Cənnətdə dilədiyimiz yerdə qala bilirik.’ (Saleh) əməl işləyənlərin əcri nə gözəldir.
Ələsgər Musayev:
Deyərlər: «Həmd Allah üçündür – Odur ki, doğru etdi bizim
üçün vədini və bizi varis etdi ərzdə. Biz cənnətin harasında
istəyirik yerləşəcəyik». Əməl sahiblərinin nemətli əcri
olacaqdır!
A.Mehdiyev və D.Cəfərli:
(Cənnət əhli orada məskunlaşdıqdan sonra) deyərlər: «Şükr bizim barəmizdəki vədini gerçəkləşdirən və cənnət yerini irsi olaraq (dini qəbul edəcəkləri təqdirdə bizə şərik olacaq kəslərin payını da) bizə verən Allaha məxsusdur ki, cənnətin istədiyimiz yerində məskən seçirik. Əməl edənlərin mükafatı gözəldir!
Kövsər Tağıyev:
Onlar belə deyərlər: “Həmd bizə olan vədini gerçəkləşdirən və bizi cənnətdən istədiyimiz yerə qoyulmaq üçün bu yurda varis edən Allaha məxsusdur. Saleh əməl işləyənlərin mükafatı nə gözəl imiş!”
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar deyəcəklər: "Bizim üçün Öz vədinə sadiq qalıb bu yerə bizi varis edən Allaha həmd olsun! Biz cənnətdə istədiyimiz yerə düşüb qala bilərik." Xeyir əməllər tutanların mükafatı nə gözəl olur!
Sabirə Dünyamalıyeva:
Onlar da: "Bütün təriflər, bizə vədini yerinə yetirən və bizi bu ərzə varis edən və cənnətdə bizi istədiyimiz yerdə məskun edən Allaha məxsusdur" dedilər. -Bax, əməl edənlərin mükafatı nə gözəldir!-