Əlixan Musayev:
De: “Qoy ər-Rəhman azğınlıqda olan hər kəsə uzun müddət möhlət versin! Nəhayət, özlərinə vəd olunan ya əzabı, ya da o Saatı gördükləri zaman onlar kimin məqamının daha pis, kimin ordusunun daha zəif olduğunu biləcəklər”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “(Bizdən və sizdən) kim zəlalət içindədirsə, qoy Rəhman ona (öz zəlalətində qalmaq üçün) uzun müddət möhlət versin”. Nəhayət, vəd olunduqları ya əzabı, ya da qiyamət gününü gördükdə onlar kimin məqamının daha pis, kimin tərəfdarlarının daha zəif olduğunu biləcəklər.
Elmir Quliyev
:
Скажи: "Да продлит Милостивый жизнь заблудших до тех пор, пока они не увидят обещанные мучения или пока не наступит Час. Тогда они узнают, чье место хуже и чье воинство слабее".
Ələddin Sultanov:
De: “Kim zəlalət içindədirsə, qoy Rəhman (olan Allah) ona uzun müddət möhlət versin!” Nəhayət, özlərinə vəd olunanı - əzabı, yaxud qiyaməti gördükləri zaman kimin məqamının daha pis, kimin əsgərlərinin (yardımçılarının) daha zəif olduğunu biləcəklər.
Kerbelayi Malik ağa:
De ki: ‘Kim dəlalətdədirsə, o zaman onlar vəd olunduqları əzabı və ya o saatı (qiyaməti) görənə qədər Rəhman ona zamanı uzadaraq möhlət verər.’ Beləcə kimin məkan baxımından daha şərli və yardım baxımından daha zəif olduğunu yaxında biləcəklər.
Ələsgər Musayev:
De: «Kim zəlalətdə olarsa, artırar onun üçün Rəhman
müddəti». Ta onda ki, görərlər, vəd olunduqları nə vaxt ki,
əzabı və nə vaxt ki, saatı, biləcəklər kimdir o, şər məkanca və
zəifdir qoşunda.
A.Mehdiyev və D.Cəfərli:
De: Azğınlıq içində olan şəxsə (öz azğınlıq və bədbəxtliyini kamilləşdirmək üçün) müəyyən bir müddətədək, kömək etmək və möhlət vermək Rəhman olan Allahın öhdəsinədir. Nəhayət, vəd olunduqları şeyi – ya (dünyadakı qəfil) əzabı və ya Qiyamətin gəlməsini görəndə kimin yerinin daha pis və qoşununun daha zəif olduğunu başa düşəcəklər.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) De ki: “Kim zəlalət içindədirsə, Rəhman onlara istənilən qədər möhlət versin! Nəhayət, onlara vəd olunan əzabı ya da qiyaməti gördükləri zaman kimin yerinin daha pis, kimin tərəfdarlarının daha zəif olduğunu biləcəklər”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Kim azğınlıq içindədirsə, mərhəmətli Allah onun vaxtını [ömrünü] daha da uzadar. Əgər onlar özlərinə vəd olunanı, ya əzabı, ya da qiyaməti görsələr, onda kimin məqamca daha pis və dəstəsinin daha zəif olduğunu bilərlər".
Sabirə Dünyamalıyeva:
De ki: "Kim azğınlıq içində olsa, Rəhman [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allah], onun üçün elə hey uzadar/ona möhlət verər. Axırda onlara vəd edilən şeyi [əzabı və ya qiyamətin qopmasını] gördükləri vaxt, artıq onlar kimin yer və mövqe baxımından daha pis, əsgər [köməkçi, qüvvə] baxımından daha zəif olduğunu biləcəklər.