Möminun Surəsi 75. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər Biz onlara rəhm edib düşdükləri bəladan xilas etsək də, onlar (yenə öz )azğınlıqları içində sərgərdan gəzəcəklər.
Bünyadov-Məmmədəliyev:
Əgər Biz onlara rəhm edib düşdükləri müsibətdən qurtarsaq, onlar şaşqın vəziyyətdə yenə azğınlıqlarında davam edərlər. (Məkkəyə yeddi il ərzində aclıq, qıtlıq üz vermişdi. Məkkə müşrikləri Peyğəmbərin yanına gedib bu bəladan qurtarmaları üçün Allaha dua etməyi xahiş etmişdilər. Peyğəmbərin duasından sonra Məkkədə bolluq olmuş, camaatın güzəranı tamamilə yaxşılaşmışdı. Bunun müqabilində Peyğəmbərə iman gətirmək əvəzinə, müşriklər ona verdikləri əzab-əziyyəti daha da gücləndirmişdilər).
Elmir Quliyev :
Если бы Мы смилостивились над ними и избавили их от беды, они все равно продолжали бы слепо скитаться, настаивая на своем беззаконии.
Ələddin Sultanov:
Əgər Biz onlara rəhm edib içinə düşdükləri fəlakətdən xilas etsək, şübhəsiz, yenə öz azğınlıqları içində çaşqın vəziyyətdə gəzərlər.
Kerbelayi Malik ağa:
Əgər onlara mərhəmət edib, onlara sıxıntı verən şeyi aradan qaldırsaydıq, mütləq şaşqın bir vəziyyətdə azğınlıqlarında davam edərdilər.
Ələsgər Musayev:
Əgər Biz onlara rəhm edib onlara şəfa edək zərərdən, onda onlar tərslik edərdilər öz tüğyanlarında kor olaraq.
A.Mehdiyev və D.Cəfərli:
Əgər onlara rəhm etsək, çətinlik sıxıntılarını aradan qaldırsaq, mütləq yenə öz itaətsizliklərində sərgərdancasına inadkarlıq göstərəcəklər.
Kövsər Tağıyev:
Biz onlara mərhəmət edib başlarına gələn zərəri aradan qaldırsaydıq, yenə azğınlıqları içində çırpınıb qalardılar.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onlara rəhm edib, bəlanı üstlərindən götürsək onlar özlərinin bu azğınlıqlarında inad edib kor-koranə dolaşarlar.
Sabirə Dünyamalıyeva:
əgər onlara rəhm edib, məruz qaldıqları çətinliyi aradan qaldırsaq, həqiqətən əməlli-başlı kor olaraq azğınlıqlarında daha da inadkarlıq göstərərdilər.