Qəsəs Surəsi 75. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz hər ümmətdən bir şahid çıxardacaq və: “Dəlilinizi gətirin!”– deyəcəyik. Onlar biləcəklər ki, haqq yalnız Allaha məxsusdur. Uydurduqları (bütlər) isə onları qoyub gedəcəklər.
Bünyadov-Məmmədəliyev:
(O gün) hər ümmətdən (öz peyğəmbərləri olmaqla) bir şahid çıxardacaq (müşriklərə): “(Allaha şərik qoşmağınızın lüzumu barədə) tutarlı dəlilinizi gətirin!” deyəcəyik. Onlar haqqın yalnız Allaha məxsus olduğunu biləcəklər. Uydurub düzəltdikləri (bütlər) isə qeyb olacaqlar! (Onları qoyub qaçacaqlar!)
Elmir Quliyev :
Из каждой общины Мы выберем свидетеля и скажем: "Приведите ваше доказательство!" Тогда они узнают, что истина с Аллахом. И покинет их (или исчезнет) то, что они измышляли.
Ələddin Sultanov:
Biz hər ümmətdən bir şahid (peyğəmbər) çıxardacaq (kafirlərə): “Dəlilinizi gətirin!” - deyəcəyik. O zaman onlar biləcəklər ki, haqq Allaha aiddir uydurduqları (bütlər) onlardan uzaqlaşıb yoxa çıxacaqdır.
Kerbelayi Malik ağa:
Bütün ümmətlərdən bir şahid çıxartdıq (seçdik). Sonra da: ‘Dəlillərinizi gətirin.’ dedik. Beləcə haqqın Allaha aid olduğunu bildilər (anladılar). Uydurmuş olduqları şeylər onlardan sapıb uzaqlaşdı.
Ələsgər Musayev:
C?xartd?q kulli umm?td?n sahid v? dedik: «G?tirin subutunuzu!» Onlar bildil?r ki, haqq Allah ucundur v? z?lil oldu onlardan iftira etdikl?ri.
A.Mehdiyev və D.Cəfərli:
(O gün) hər bir ümmətdən bir şahid (məsum şəxs, ya ədalətli bir alim, yaxud saleh bir adil) çıxararıq, beləliklə (şahidin hüzurunda o ümmətə) deyərik: «(Dininiz barədə) dəlil sübutunuzu gətirin!» Onlar (elmül-yəqin eynül-yəqinlə) biləcəklər ki, (bütün səmavi kitablardakı xəbərlərdə, hökmlərdə, şəriətlərdə, vədlərdə) Haqq Allaha məxsusdur. İftira (ilə) düzəltdikləri şey onların nəzərindən qeyb olar, yoxa çıxar.
Kövsər Tağıyev:
Hər ümmətdən bir şahid çıxararıq (kafirlərə): “Dəlilinizi gətirin”, deyərik. Onlar da həqiqətin Allaha aid olduğunu bilərlər (Allaha şərik olaraq) uydurduqları şeylər onları darda qoyub qeyb olarlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz hər millətdən bir şahid çağırıb: "Dəlilinizi gətirin!" - deyəcəyik. Onlar biləcəklər ki, haqq Allaha məxsusdur uydurduqları (bütlər) onları tərk edib yox olacaqlar.
Sabirə Dünyamalıyeva:
Biz, başçısı olan hər tayfadan bir şahid çəkib çıxardıq, "Haydı, qəti sübutunuzu gətirin!" dedik. Artıq bildilər ki, həqiqət Allaha aiddir uydurub düzəltdikləri şeylər onlardan ayrılmış, itib getmişdir.