Əlixan Musayev:
Sən mələklərin, Ərşi əhatə edərək, Rəbbinə həmd ilə təriflər dediklərini görəcəksən. Onların arasında ədalətlə hökm veriləcək və: “Aləmlərin Rəbbi olan Allaha həmd olsun!”– deyiləcəkdir.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Mələkləri də ərşi (hər tərəfdən) əhatə edərək Rəbbini həmd-səna ilə təqdis edən görəcəksən. Onların (bütün məxluqatın) arasında ədalətlə hökm olunacaq (möminlər Cənnətə, kafirlər Cəhənnəmə gedəcək) və (mələklərlə möminlər tərəfindən bir ağızdan): “Aləmlərin Rəbbi olan Allaha həmd olsun!” – deyiləcəkdir!
Elmir Quliyev
:
Ты увидишь ангелов, окружающих Трон и прославляющих хвалой своего Господа. Между ними рассудят по справедливости, и будет сказано: "Хвала Аллаху, Господу миров!"
Ələddin Sultanov:
Mələklərin də Rəbbini həmd ilə təsbeh edərək ərşi əhatə etdiklərini görəcəksən. Onların arasında ədalətlə hökm olunacaq və: “Aləmlərin Rəbbi olan Allaha həmd olsun!” – deyiləcəkdir.
Kerbelayi Malik ağa:
Görərsən ki, ərşin ətrafında onu əhatə edən mələklər Rəblərini həmd ilə təsbeh edərlər. Onların (cənnətliklərin) aralarında haqq ilə hökm verildi. (Cənnətliklər tərəfindən): ‘Aləmlərin Rəbbinə həmd olsun.’ deyildi.
Ələsgər Musayev:
Görərsən mələkləri ərşi dövrələyən ki, saya salırlar həmd
ilə öz Rəblərini. Və qəzavat oldu onlar arasında haqq ilə və
deyərlər: «Həmd Allah üçündür, Rəbbidir aləmlərin!»
A.Mehdiyev və D.Cəfərli:
(Həmin gün) mələkləri Rəbblərinə şükr etməklə birlikdə Onu pak sifətlərlə mədh edən halda Ərşi (haqqın səltənət qərargahı və Onun əmrlərinin verildiyi mərkəzi dairəvi şəkildə) əhatə edən görərsən. Onların (bütün Məhşər əhlinin) arasında haqq əsasında hökm çıxarılar (və Qiyamət hadisələri qurtardıqdan sonra) deyilər: «Həmd və şükr aləmlərin Rəbbi olan Allaha məxsusdur!»
Kövsər Tağıyev:
Mələkləri də Rəblərini həmd ilə təsbih edib ucaldaraq Ərşin ətrafını əhatə edən halda görərsən. Artıq qulların arasında ədalətlə hökm verilmiş və: “Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur”, – deyilmişdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən mələklərin də ərşin ətrafını əhatə edərək öz Rəbbinə həmd ilə təriflər dediklərini görəcəksən. Onların (hamısı) arasında haqq ilə hökm veriləcək və Aləmlərin Rəbbi Allaha həmd olsun!" - deyiləcəkdir.
Sabirə Dünyamalıyeva:
Və sən, kainatdakı bütün güclərin[#251] ən böyük taxtın[#252] bir kənarında dolaşaraq,[#253] Rəbbinin tərifiylə birlikdə Allahı nöqsan sifətlərdən pak tutduqlarını görərsən. Və onların aralarında mükafat, cəza ədalətlə yerini tapmışdır. Və "Bütün təriflər aləmlərin Rəbbi Allaha məxsusdur!" deyilməkdədir.